Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
3 İyun 2024 16:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 27-31 may tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Lənkəran, Zaqatala, Şəki rayonlarında fəaliyyət göstərən 28 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Sadıqov Ömər Əli oğlu |
Nizami rayonu, Rizvan Teymurov küçəsi 21 |
İnzibati protokol tərtib edilib |
2. |
Babayev Elçin Əlhüseyn oğlu |
Nizami rayonu, Tofiq Abbasov küçəsi 23/1 |
İnzibati protokol tərtib edilib |
3. |
Əliyev Ruslan Mübariz oğlu |
Nizami rayonu, Rizvan Teymurov küçəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Məmmədzadə Qoşqar Knyaz oğlu |
Nizami rayonu, Əli Vəliyev küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
5. |
Pənəliyev Səlim Kərəm oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi |
İnzibati protokol tərtib edilib |
6. |
Muradzadə Sahil Tanrıverdi oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
7. |
Dostuyev Rahim Hümbət oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
8. |
Vəliyev Arif Hacıkərim oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
9. |
Həsənov Tural Qurban oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi |
İnzibati protokol tərtib edilib |
10. |
Quliyev Tural Akif oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi |
İnzibati protokol tərtib edilib |
11. |
Məmmədov Aslan Cahangir oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi |
İnzibati protokol tərtib edilib |
12. |
Həsənov Nizami Bəxtiyar oğlu |
Nizami rayonu, Kamil Balakişiyev küçəsi 61 |
İnzibati protokol tərtib edilib |
13. |
Mehrəliyev Şahməmməd Şahin oğlu |
Nizami rayonu, Əlif Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
14. |
Cabbarov Pərviz Musa oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ə.Sabir küçəsi 36 |
İnzibati protokol tərtib edilib |
15. |
Hacıxanov Vüqar İdris oğlu |
Nizami rayonu, A. Mirzəyev küçəsi 21C |
İnzibati protokol tərtib edilib |
16. |
İbrahimov Ədalət Tehran oğlu |
Nizami rayonu, A. Mirzəyev küçəsi |
İnzibati protokol tərtib edilib |
17. |
Məhərrəmov Natiq Qubad oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Hilal Kazımov küçəsi |
İnzibati protokol tərtib edilib |
18. |
Cəfərov Afiq Bəşir oğlu |
Nizami rayonu, Oqtay Vəliyev küçəsi 39 |
İnzibati protokol tərtib edilib |
19. |
Daşdəmirov Namiq Vərəqə oğlu |
Nizami rayonu, Oqtay Vəliyev küçəsi 39 |
İnzibati protokol tərtib edilib |
20. |
Elişzadə Elmin Rəfdar oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
21. |
Aliyarov Cabbar İmran oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, S. Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
22. |
Xalıqov Qiyas Firudin oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, S. Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
23. |
Musayev Namiq Sabir oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, S. Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
24. |
Əhmədov Ramin Firudin oğlu |
Lənkəran rayonu, Digah yolu, Ələt-Astara magistralı |
İnzibati protokol tərtib edilib |
25. |
Hacıyev Elşən İsabala oğlu |
Lənkəran rayonu, Vilvan kəndi |
İnzibati protokol tərtib edilib |
Zaqatala rayonu üzrə |
|||
26. |
Nurullayev Cavid Rizvan oğlu |
Zaqatala şəhəri, V. İsmayılov 43 |
İnzibati protokol tərtib edilib |
27. |
Xəlilov Aqil Yusif oğlu |
Zaqatala şəhəri, V. İsmayılov 44 |
İnzibati protokol tərtib edilib |
Şəki rayonu üzrə |
|||
28. |
Əzəli Toğrul Məmməd oğlu |
Şəki şəhəri, M. S. Həmidov küçəsi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.