“Süfrə” jurnalının növbəti sayı çap olunub
10 Noyabr 2021 16:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbu orqanı olanı “Süfrə” elmi-kütləvi jurnalının növbəti sayı çapdan çıxıb.
Nəfis tərtibatda və yüksək keyfiyyətlə nəşr olunan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə bağlı istehlakçıların maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, həmçinin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.
“Süfrə” jurnalının VIII sayında da bir-birindən maraqlı rubrikalar oxuculara təqdim edilib. Belə ki, “Qida akademiyası” rubrikasında dərc olunmuş məqalədə normadan artıq şəkər qəbulunun sağlamlığımız üçün təhlükəli olması barədə vacib məqamlar təqdim olunub. Bu rubrikada AQTİ mütəxəssislərinin yazdığı “Qidalanmada yol verdiyimiz səhvlər” və “Qanazlığının profilaktikasında qidalanmanın rolu” başlıqlı məqalələrlə də tanış ola bilərsiniz.
“Həkim sözü” rubrikasında isə “Süfrə” Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitunun elmi katibi, tibb elmləri üzrə fəlsəfə doktoru Aynur İsmayılova sonsuzluqda zərərli qidalanma faktorları barədə danışıb.
Dəmir defisitli anemiya və hemoqlabin azlığı uşaqlarda immun sisteminin işində pozulma, fiziki inkişafdan qalma, beynin oksigen aclığı ilə nəticələnə bilər. Ümumiyyətlə, bir yaşa kimi körpələr dəmir defisitli anemiya risk qrupuna daxildirlər. Uşaqlarda anemiya və qidalanma barədə “Sağlamlıq məktəbi” rubrikasında tövsiyələr təqdim olunub.
Pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadə olunan kimyəvi maddələrdir “Qida biznesi” rubrikasında pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydaları barədə ətraflı məlumat öz əksini tapıb.
“Süfrə”nin VIII sayının “Kinomenyu” rubrikasında isə Azərbaycan kinosunun ilk rəngli filmi olan “O olmasın, bu olsun”dan maraqlı süfrə səhnələri təqdim olunub.
Jurnalın bu sayında “Qədim dərman bitkimiz-biyan”, “Pul əvəzi qiymətli qidalar” kimi maraqlı məqalələr də dərc olunub.
Qeyd edək ki, “Süfrə” jurnalının VIII sayını əldə etmək üçün (012) 565-12-72 (daxili nömrə - 553) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş