Yay aylarında qida zəhərlənmələrinin baş verməməsi üçün nələrə diqqət edilməlidir?
26 May 2021 17:27
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) verdiyi məlumata əsasən, dünyada il ərzində 600 milyon insan qida zəhərlənmələrinə məruz qalır və bunlara kliniki cəhətdən öz təsdiqini tapmış, həmçinin hospitalizasiya olunmadan ev şəraitində müalicə alan şəxslər də aid edilir. Təhlükəli qida məhsulları əhalinin sağlamlığına mənfi təsir göstərməsi ilə yanaşı, səhiyyə xərclərinin artırılmasına və beləliklə də sosial-iqtisadi zərərə səbəb olur. Qida mənşəli xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsulunun istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarına müxtəlif çirkləndiricilərin sirayət etməsi qida zəncirinin müxtəlif mərhələlərində (ilkin istehsaldan istehlakçıya çatdırılana qədər) baş verə bilər.
Bakteriyalar qida məhsullarında 5 °C - 60 °C temperatur intervalı arasında çoxalıb yayıldığından bu interval “təhlükəli zona” adlandırılır. Yay aylarında temperaturun yuxarı olması səbəbindən bakteriyaların yayılmasına daha əlverişli şərait yaranır. Bununla da digər fəsillərə nisbətən yay aylarında bəzi qida məhsullarına daha diqqətlə yanaşmaq lazımdır. Belə məhsullara ilk növbədə tez xarab olan qidalar: ət və ət məhsulları, süd və süd məhsulları, kremli qənnadı məmulatlar və s. aid edilir. Bu məhsulların saxlanma rejiminə riayət edilməməsi qida zəhərlənmələrinə səbəb olan mikroorqanizmlərin inkişafına şərait yaradır.
Qeyd edilənlərlə yanaşı, qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması və bişirilməsi və daha sonra bu məhsulların istehlak edilməsi qida zəhərlənmələrinə səbəb olur. Düzgün termiki emala məruz qoyulmadan və ya gigiyena qaydalarına riayət edilmədən hazırlanmış məhsullar və ya termiki emala məruz qalmış yeməklərin uzun müddət soyuducudan kənar saxlanılması qida zəhərlənməsinə səbəb olan əsas amillərdir.
Əhalinin təhlükəsiz qida ilə təmin olunması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən “5 qızıl qayda” müəyyən edilmişdir. Bu qaydalar qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edir. Sözügedən “5 qızıl qayda” aşağıda göstərilmişdir:
Təmizliyə riayət edilməsi |
Qeyd |
- Qida məhsullarına toxunmazdan və qida məhsullarının hazırlanmasından əvvəl əllərin yuyulması; - Sanitar qovşaqdan istifadədən sonra əllərin yuyulması; - Qida məhsullarının hazırlanması üçün istifadə olunan avadanlıqlar, ləvazimatlar və səthlərin təmizlənməsi və sterilizasiyası; - Mətbəx sahəsi və qida məhsullarının həşəratlar, zərərvericilər və digər zərərvericilərdən qorunması. |
Mikroorqanizmlərin hamısı xəstəliklərə səbəb olmasa da, torpaq, su, heyvan və insan orqanizmində təhlükəli mikroorqanizmlər mövcuddur. Bu mikroorqanizmlər dərimizdə, əllərimizdə olur və təmizlənmədikdə qab-qacaq və digər mətbəx ləvazimatlarına, hətta ən kiçik təmas nəticəsində belə qida məhsullarına keçə və qida mənşəli xəstəliklərin yaranmasına səbəb ola bilər.
|
Çiy və bişmiş məhsulların ayrı saxlanılması |
Qeyd |
- Çiy ət, quş əti və dəniz məhsulları ayrılmalıdır; - Çiy məhsulların emalı üçün ayrı avadanlıq və qablardan (bıçaq və doğrama lövhələri) istifadə edilməlidir; - İstehlaka hazır qida məhsulları ilə çiy məhsulların təmasına yol verilməməsi üçün soyuducunun müxtəlif dolablarında və ya fərqli qablarda saxlanılmalıdır. |
Çiy qida məhsulu, xüsusilə çiy ət, quş əti və dəniz məhsullarının tərkibində təhlükəli mikroorqanizmlər ola bilir ki, onlar qida məhsullarının hazırlanması və ya saxlanması zamanı digər məhsullara keçə bilər.
|
Qida məhsullarının yaxşı bişirilməsi |
Qeyd |
- Qida məhsulları, xüsusilə çiy ət, quş əti, yumurta və dəniz məhsulları uyğun temperaturda bişirilməlidir; - Şorba və bulyon kimi qidaların hazırlanması zamanı 70 °C temperatura qədər qaynadılması vacibdir. Ət və quş əti suyunun şəffaf və çəhrayı rəngdə olmasına diqqət edilməlidir. Bu məqsədlə nəzərdə tutulmuş termometrlərdən istifadə edilməsi arzuediləndir.
|
Düzgün termiki emal praktik olaraq, bütün mikroorqanizmləri məhv etməyə qadirdir. Tədqiqatlarla sübut edilmişdir ki, qidanın 70 °C temperaturda hazırlanması, istehlak zamanı təhlükəsizliyi təmin edir. Xüsusi diqqət tələb edən qida məhsullarına ət qiyməsi, qızardılmış ət, böyük ət tikələri və quş əti aiddir.
|
Qida məhsullarının təhlükəsiz mühitdə saxlanılması |
Qeyd |
- Bişirilmiş qida məhsulunu otaq temperaturunda 2 saatdan artıq saxlamaq olmaz; - Bişirilmiş və tez xarab olan qida məhsulları dərhal soyudulmalıdır (5 °C-dən aşağı); - Bişirilmiş qida məhsulu süfrəyə servis edilməmişdən əvvəl isti vəziyyətdə (60 °C-dən çox) saxlanılmalıdır; - Bişirilmiş qida məhsulu hətta soyuducuda belə günlərlə saxlanılmamalıdır; - Dondurulmuş qida məhsulunun buzu otaq temperaturunda açılmalıdır, soyuducuda əridilməlidir. |
Mikroorqanizmlər qida məhsulunun otaq temperaturunda saxlanması zamanı çoxala bilir. 5 °C-dən aşağı və ya 60 °C-dən yuxarı temperaturda mikroorqanizmlərin inkişafı zəifləyir və ya dayanır. Bəzi təhlükəli mikroorqanizmlər 5 °C-dən aşağı temperaturda da inkişaf edə bilir.
|
Təhlükəsiz su və xammallardan istifadə edilməsi |
Qeyd |
- Qida məhsulları hazırlanarkən təhlükəsiz sudan istifadə edilməli və ya onun təhlükəsiz olması məqsədilə təmizlənməlidir; - Təzə və faydalı məhsullar seçilməlidir; - Təhlükəsizlik üçün emal edilmiş qida məhsulları, məsələn pasterizə edilmiş süd və s. seçilməlidir; - Meyvə və tərəvəzlər xüsusilə çiy halda yeyildikdə yaxşı yuyulmalıdır; - Yararlılıq müddəti bitmiş qida məhsullarından istifadə edilməməlidir. |
Su və buz da daxil olmaqla xammal təhlükəli mikroorqanizmlərlə və kimyəvi maddələrlə çirklənə bilər. Toksiki kimyəvi maddələr zədələnmiş və kiflənmiş məhsullarda əmələ gəlir. Xammalın düzgün seçilməsi və yuyulma, soyudulma kimi sadə tədbirlər riskləri azalda bilər. |
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.