
Daxil olan məlumat əsasında AQTA-nın Lənkəran-Astara regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatına baxış keçirib.

Oğuz rayonu, Kərimli kəndində fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə Agentlik əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.

11 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 3 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 28.9 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

8 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 11 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

4-5 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 18 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən olunub.

6 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Gədəbəy rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Pakistan İslam Respublikasının Pəncab, Şimal-Qərb Frontier regionlarında, Moldova Respublikasının Faleşti rayonunda, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota, Kolorado, Miçiqan, Pensilvaniya, Nebraska, Nevada ştatlarında, Argentina Respublikasının isə Buenos-Ayres, Rio-Neqro, Neuqen, Kordova, Santa-Fe, Çubut, Entre-Rios əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhəri, T.İsmayılov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Abbasqulu Nuri oğluna məxsus topdan satış mağazasında Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

5 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Qax rayonunda fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

4 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 62.1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.