Agentliyin müfəttişləri tərəfindən Şəki şəhəri, B.Vahabzadə küçəsində fəaliyyət göstərən və fiziki şəxs Samir Lətif oğlu Abdurahmanova məxsus çörək sexində plandankənar yoxlama aparılıb.
Agentlik əməkdaşları tərəfindən Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən Əkbərov İdrak Əliməmməd oğluna məxsus fərdi yaşayış sahəsində yerləşən quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib.
Agentliyin müfəttişləri tərəfindən Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, 1A ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Akif Siyaş oğluna məxsus “Çaldaş” su emalı müəssisəsində yoxlama aparılıb.
Agentliyin əməkdaşları tərəfindən Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonun Qızılağac kəndi ərazisində faəliyyət göstərən fiziki şəxs Sadıqov Zahid Qiyas oğluna məxsus yağ istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
5-6 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəmkir, Xaçmaz, İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
2-6 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 20 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 29 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Rusiya Federasiyasında istehsal edilən “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Rusiya Federasiyasında istehsal edilən “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
25-26 may tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.
Monitorinq Planının icrası çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Muğanlı kəndi ərazisində fəaliyyət göstərən fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama aparılıb.
26 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 8 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.