1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və flaş-mob keçirilib
1 İyun 2024 14:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında maarifləndirici aksiya və flaş-mob keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd uşaqlar arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının uşaqlar arasında da təbliğ edilməsi və qida təhlükəsizliyi vərdişlərinin aşılanması, onlara bu sahənin vacibliyi ilə bağlı biliklərin verilməsidir.
AQTA əməkdaşlarının, Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin və Qida Təhlükəsizliyi Könüllülərinin iştirakı ilə baş tutan tədbirlərdə 200-dən çox uşaq qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlandırılıb. Həmçinin onlara “Şəkəri azalt, ömrünü uzat!”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydası”, “İmmuniteti artıran vitamin və minerallarla zəngin qidaların istehlakı”, “Sağlam qidalanma rejimi”, “Zərərli qida vərdişləri”, “Şəxsi gigiyena qaydaları” mövzularında maarifləndirici bukletlər və “Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz” adlı kitabçalar paylanılıb, müxtəlif hədiyyələr təqdim olunub. Bundan başqa, maarifləndirici tədbir zamanı azyaşlılar Yaşıl Dünya Konsepsiyasında bitki sağlamlığının rolu barədə də məlumatlandırılıb, yaşıllığın mühafizəsinin qida təhlükəsizliyi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində uşaqlar, məktəbli və yeniyetmələr arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Agentlik tərəfindən bu çərçivədə məktəblilər arasında “Təhlükəsiz qida ilə sağlam gələcəyə”, “Qida təhlükəsizliyi uşaqların gözü ilə” adlı rəsm müsabiqələri, “Sağlam məktəbli”, “Məktəblilər üçün süd”, “Məktəblilər üçün kişmiş” və digər layihələr həyata keçirilib ki, burada da məktəblilərin sağlam və təhlükəsiz qidalanma ilə bağlı maarifləndirilməsi prioritet təşkil edir.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş