15 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
19 Aprel 2021 17:02
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.
Bununla əlaqədar olaraq 12-17 aprel 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 15 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 4 ədədi Səudiyyə Ərəbistanı Krallığı, 2 ədədi Rusiya Federasiyası, 2 ədədi Ukrayna, 2 ədədi İspaniya, 1 ədədi Türkiyə, 1 ədədi Macarıstan, 1 ədədi Hindistan, 1 ədədi Almaniya, 1 ədədi isə İordaniya istehsalıdır.
|
№ |
İstehsalçı ölkə |
İstehsalçı şirkət |
Pereparatın adı |
Preparatın növü |
|
1 |
Almaniya |
JOSERA GmbH&Co.KG |
Jozilak klassik |
Yem əlavəsi |
|
2 |
Rusiya Federasiyası |
Aller Petfud |
“ProBalance® Adult Active İmmuno Protection" |
Yem |
|
3 |
Rusiya Federasiyası |
Aller Petfud |
“ProBalance® Puppies Small&Medium” |
Yem |
|
4 |
Ukrayna |
Kormotex |
"OPTIMEAL" Hər cinsli bala itlər üçün |
Yem |
|
5 |
Ukrayna |
Kormotex |
"CLUB 4 PAWS Premium" "AKTİV" |
Yem |
|
6 |
Səudiyyə Ərəbistanı Krallığı |
Saudi Pharmaceutical Industries |
Oxyspray |
Baytarlıq preparatı |
|
7 |
Səudiyyə Ərəbistanı Krallığı |
Saudi Pharmaceutical Industries |
Neo-Vit-Oxytetracycline |
Baytarlıq preparatı |
|
8 |
Səudiyyə Ərəbistanı Krallığı |
Saudi Pharmaceutical Industries |
Leva-Cloza Sav |
Baytarlıq preparatı |
|
9 |
Səudiyyə Ərəbistanı Krallığı |
Saudi Pharmaceutical Industries |
Ketovet |
Baytarlıq preparatı |
|
10 |
İspaniya |
ALINATUR PETFOOD, S.L. |
Bravery Lamb (Dog) |
Yem |
|
11 |
İspaniya |
ALINATUR PETFOOD, S.L. |
Bravery Chicken (Cat Food) |
Yem |
|
12 |
Türkiyə |
ARİON İLAÇ SAN VE TİC. A.Ş |
Furex |
Baytarlıq preparatı |
|
13 |
Macarıstan |
Mars Magyarorszag Kisallateledel Gyarto Kft. |
PEDİGREE Denta Stix itlər üçün |
Yem |
|
14 |
Hindistan |
Ashish Life Science Pvt Limited |
Butacure (Buparvaquone injection) |
Baytarlıq preparatı |
|
15 |
İordaniya |
Jovac Jordan Bio İndustries Center |
Brucevac (Conjunctival dose) |
Baytarlıq preparatı |
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş