15 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
17 İyul 2023 14:48

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
13-14 iyul tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 21 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 12, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Real" market |
Səbail rayonu, Q.Abbasov küçəsi, ev 56 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"Uğur" market |
Xətai rayonu, Gəncə prospekti, |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
Duşdurov Nazim Elbrus oğluna məxsus şərab evi |
Nəsimi rayonu, Cavadxan küçəsi, ev 68 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Yağmur" market |
Nərimanov rayonu, M.K.Atatürk prospekti,ev 33 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
Əliyev Röyal Ədalət oğluna məxsus market |
İsmayıllı şəhəri, Ələkbərzadə küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi. |
6 |
Şəfaqətov Pərviz Nəsib oğluna məxsus market |
İsmayıllı şəhəri,Ələkbərzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Günəşli" market |
İsmayıllı şəhəri, Ələkbərzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
Mehtiyev Urfan Vahid oğluna məxsus market |
İsmayıllı şəhəri, Ələkbərzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
9 |
"Villa Turkish Cusine" restoranı |
Sabunçu rayonu, Bilgəh qəsəbəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 |
"Xəzər" restoranı |
Xətai rayonu, Vunqrau küçəsi, |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 |
"Sarı Gəlin" şadlıq sarayı |
Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1 |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
12 |
"Okean pub" kafe |
Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 100 |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"Aura" restoran |
Goranboy rayonu, V.Bayramov |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 |
"Şahin" kafe |
Goranboy şəhəri, S.Civəzadə |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 |
"Həyat Residence" restoran |
Yevlax şəhəri, H.Əliyev prospekti 42 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.