16 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
11 Yanvar 2023 16:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
10 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Balıq Evi" topdan satış mağazası |
Nəsimi rayonu, M.Qaşqay küç., ev 86 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"Ruslan-93" market |
Nizami rayonu, Q.Qarayev pr., ev 7A |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
3 |
"Zeytun" aptek |
Nəsimi rayonu, 3-cü mkr, |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Jalə" topdan satış mağazası |
Binəqədi rayonu, Ə.Naxçıvani küç., 3106-cı məhəllə |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 |
"Home Food" mağazası |
Nərimanov rayonu, İ.Dadaşov küç., ev 57X |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Karvan" market |
Sumqayıt şəhəri, 32-ci məhəllə |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
7 |
"Xaçmaz Store" |
Xaçmaz rayonu, Armudpadar kəndi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
8 |
"Əfqan"market |
Xaçmaz rayonu, Armudpadar kəndi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
9 |
"Naringi" market |
Cəlilabad şəhəri, Cavadxan küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Ayxan" market |
Bərdə rayonu, Zümürxan kəndi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 |
"Nur" market |
Bərdə şəhəri, H.Əliyev prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
"VO" market |
Bərdə şəhəri, Sənaye küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 |
"Zeytun" aptek |
Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 |
"Dokta" aptek |
Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
"Gülnar" market |
Zaqatala şəhəri, H.Əliyev prospekti 7 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
16 |
"Bayraktar" restoranı |
Nərimanov rayonu, A.Neymətulla küç., ev 62A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.