17 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
1 Avqust 2023 16:27

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
31 iyul tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 17 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 13, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 5 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar olunmuş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Bağçılıq yem" mağazası |
Sabunçu rayonu, Maştağa ştq, H.Heybətov küçəsi, ev 1 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"Ulu Çinar" mağazası |
Sabunçu rayonu, Maştağa ştq, H.Heybətov küçəsi, ev 2 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Bərəkət" market |
Sabunçu rayonu, Maştağa ştq, M.Hüseynzadə küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
"Əkinçi yem məhsulları" mağazası |
Sabunçu rayonu, Maştağa ştq, Məmmədyarov dairəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Tezgel" market |
Ağstafa şəhəri, H.Əliyev prospekti, ev 49 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"İdeal" market |
Ağstafa rayonu, Qırılı kəndi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
Abdullayev Emin Ehtibar oğluna məxsus mağaza |
Astara şəhəri, İstiqlaliyyət küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Üfüq happy mart" market |
Zərdab rayonu, Azərbaycan küçəsi |
1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
9 |
"Happy Ferma"ya məxsus süd məhsulları mağazası |
Gəncə şəhəri, Mahrasa bağı |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
10 |
"Laçın" restoranı |
Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 5 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 |
"TT" ailəvi restoranı |
Binəqədi rayonu, A.Kunanbəyov küçəsi, ev 36 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
12 |
"Qədim Bərdə" kafesi |
Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 6A |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"Zirinc təndir evi" restoranı |
Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 52 |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 |
"50 qəpik" restoranı |
Sabunçu rayonu, Maştağa ştq, Maştağa yolu 125 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 |
"Beer bağ" pub |
Ağstafa rayonu, Dağ Kəsəmən kəndi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
16 |
"Dəstgah" kafesi |
Ağstafa rayonu, Poylu qəsəbəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Gənclik" çayxanası |
Astara şəhəri, İstiqlaliyyət küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.