19 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
3 Oktyabr 2023 18:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
28 sentyabr - 2 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 25 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 18, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
|
"Bərzan" market |
Sumqayıt şəhəri, Corat ştq |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
“Zirvə” market |
Biləsuvar rayonu, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 3A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
"Uğur" market |
Biləsuvar rayonu, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 28A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
İbişli Bəhruz İsabala oğluna məxsus market |
Biləsuvar rayonu, Biləsuvar şəhəri, H.Əliyev küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
"Dostlar" market |
Hacıqabul rayonu, Birinci Udulu kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
“Skazka” market |
Şəki rayonu, Şəki şəhəri, S.Rəhman küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
"Şahmar" market |
Gəncə şəhəri, Cavadxan küçəsi 17, mənzil 363 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"Gəncə Təndir" mağazası |
Lənkəran rayonu, Gərmətük qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"Zaur" market |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, 8 Mart küçəsi, ev 7 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"Ət, Süd" market |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"Pak" market |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, S.Vurğun küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"Happy Fermer" kənd təsərrüfatı məhsulları satışı mağazası |
Gəncə şəhəri, Təbriz küçəsi, ev 94/1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
İctimai iaşə müəssisələri |
|||
|
|
"Cənnət Park" restoranı |
Ağsu rayonu, Ağsu şəhəri, Bakı-Qazax yolu, 149-cu km |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
"Dönərxana" |
Ağsu rayonu, Ağsu şəhəri, Bakı-Qazax yolu, 155-ci km |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
"Çay Evi" |
Ağsu rayonu, Ağsu şəhəri, Bakı-Qazax yolu, 156-cı km |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"Titanik" kafesi |
Goranboy rayonu, C.Cabbarlı küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
|
“Karvan” restoranı |
Zaqatala rayonu, Zaqatala şəhəri, V.İsmayılov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"Akasiya" restoranı |
Lənkəran rayonu, Velədi kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"İsti-İsti" kafesi |
Lənkəran rayonu, Şürük kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş