19 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
31 Yanvar 2023 17:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
30 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 24 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 6, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 5 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
1 |
"Arena" market |
Nərimanov rayonu, K.Rəhimov küç., ev 55 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
2 |
"025" market |
Yasamal rayonu, Ş.M.Xiyabani küç., ev 38 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
3 |
"Ekonom" market |
Abşeron rayonu, Məhəmmədli kəndi |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
4 |
"Rəhim" market |
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
5 |
"24 Saat" market |
Quba şəhəri, H.Əliyev prospekti |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
6 |
"Rəhman" market |
Quba rayonu, Zərdabi qəsəbəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
7 |
"Uğur" market |
Şamaxı şəhəri, Ə.Heydər küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
8 |
"Səid" market |
Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
9 |
"Bəyaz" market |
Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
10 |
"Araz Halal" market |
Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
11 |
"Dərya" market |
Ağstafa şəhəri, H.Əliyev prospekti 94 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
12 |
Calalzadə Cəlalbəy Zahid oğluna məxsus aptek |
Ağstafa şəhəri, H.Əliyev prospekti 50A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
İctimai iaşə müəssisləri |
|||
|
13 |
"Əncir" restoranı |
Yasamal rayonu, Moskva pr., bina 75A, ev 75 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
14 |
"Vulcano Lounge" |
Yasamal rayonu, M.Müşfiq küç, ev 11/13 |
Ev şəraitində hazırlanan məhsulların satışı |
|
15 |
"Pakdad" restoranı |
Nərimanov rayonu, K.Rəhimov küç., ev 13 |
Ev şəraitində hazırlanan məhsulların satışı |
|
16 |
"Odun" pub |
Binəqədi rayonu, S.S.Axundov küç., ev 3C |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
17 |
"Nərdivan" çay evi |
Binəqədi rayonu, S.S.Axundov küç., ev 3 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
18 |
"Ləziz Dönər" dönər evi |
Bərdə rayonu, Güloğlular kəndi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
19 |
"Bol Dönər" dönər evi |
Bərdə rayonu, Güloğlular kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş