
Kodeks Alimentarius Komissiyasının fəaliyyətə başlamasının 60 illiyinə həsr olunmuş xüsusi jurnal nəşr olunub. Nəşrdə ötən aylarda Qida Təhlükəsizliyi Agentliyinin 5 və Kodeksin isə 60 illiyinə həsr olunan “Qida standartları həyatları xilas edir” mövzusunda Bakıda keçirilmiş tədbir haqqında da məlumata yer verilib. Həmçinin Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri – Kodeks Alimentariusun Azərbaycan üzrə Milli Əlaqələndiricisi Ramazan Nəbiyevin “Kodeks Əlaqələndiricisinin bir günü” mövzusunda məqaləsi dərc edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlara Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda təlim keçirilib.

Belə ki, Agentliyin həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida məhsulu kimi təqdim edilən “Samyun Wan” adlı kökəlmə üçün nəzərdə tutulan məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticələrinə əsasən, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun təsis konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Agentliyin 5 illik fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Babışov Elməddin Rəhim oğluna məxsus “Kənd Evi” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qeydiyyata alınmasını davam etdirir.

Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, Dairəvi meydan ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qarayev Vəli Ənvər oğluna məxsus “Bərdə” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) xarici ölkələrə yumurta ixrac edən sahibkarlarla görüş olub.

29-30 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Şəmkir rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yerləşən, Orucov İsmayıl Barat oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.