21 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
30 Dekabr 2022 14:51
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
29 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 32 ticarət müəssisəsi və 18 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 17, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 8 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
1 |
"Beer Park" şərab evi |
Xətai rayonu, Gəncə pr., ev 287 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
2 |
"Buta" aptek |
Nizami rayonu, Q.Qarayev pr., ev 29 |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
3 |
"Bərəkətli" market |
Xaçmaz rayonu Xudat yolu |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
4 |
"Emin" aptek |
Salyan şəhəri, X.R.Ulutürk küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
5 |
"Dokta" aptek |
Salyan şəhəri, X.R.Ulutürk küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
6 |
"Elcan" market |
Lənkəran şəhəri, Nəsimi küçəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
7 |
"Əli" market |
Lənkəran şəhəri, Füzuli küçəsi, ev 80 |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
8 |
"Halal" market |
Lənkəran şəhəri, Ş.Xiyabanı prospekti |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
9 |
"Refem" market |
Lənkəran şəhəri, H.Abdullayev küçəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
10 |
"Balmart" market |
Göygöl rayonu, Sabir küçəsi 3 |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
11 |
Şirinova Kəmalə Adil qızına məxsus ərzaq mağazası |
Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
12 |
"Rahil" aptek |
Beyləqan şəhəri, Magistral küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
İctimai iaşə müəssisələri |
|||
|
13 |
"Xəzər" restoranı |
Xətai rayonu, Vanqtau küç., ev 18B |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
14 |
"Qızıl Tac" restoranı |
Nəsimi rayonu, 20 Yanvar küç., ev 15A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
15 |
"Oscar" şadlıq sarayı |
Nizami rayonu, B.Çobanzadə küç., ev 54 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
16 |
"İslam meat" kafesi |
Nizami rayonu, B.Çobanzadə küç., ev 45 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
17 |
"My life" hotelinin daxilində fəaliyyət göstərən restoran |
Nizami rayonu, Məhsəti küç., ev 2534 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
18 |
"Ankara" kafesi |
Sabunçu rayonu, R.Qəmbərov küç., ev 6 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
19 |
"Tornado" restoranı |
Sabunçu rayonu, R.Qəmbərov küç, m. 2A |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
20 |
"Bliss land" restoranı |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küç., ev 2B |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
21 |
"Karizma" restoranı |
Gəncə şəhəri, 28 May küçəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş