218 müəssisədə reyd keçirildi, 84-ü barədə inzibati qaydada tədbir görüldü
29 İyun 2020 16:13
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
28 iyun 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 63 ictimai iaşə obyekti, 155 ərzaq satışı mağazası olmaqla ümumilikdə 218 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
Əhmədov Rəşad Musa oğluna, Həsənov Hüseyn Vəli oğluna, Kazımov Elşən Şücayət oğluna, Şahbazi Zahid Musa oğluna, Əhmədov Yusif Natiq oğluna, Davudzadə Günay Elşən qızına, Rzayev Samir İlyaz oğluna, Bağırova İrina Vladimirovna, Sayılova Mətanət İslam qızına, Mirzəyev Samir Rafət oğluna, Umudov Elşad Fərhad oğluna, Quliyev Kərim Mehdi oğluna, Hümbətov Xəqani Məhəmmədəli oğluna, Qəhrəmanov Ramin Soltan oğluna, Seyidov Mirağa Sabir oğluna, Hacıyeva Lətafət Tərif qızına, Şamilov Zülfiqar Kamandar oğluna məxsus ərzaq mağazaları, “Xudafərin AN”, “ƏVOA” MMC-lərə məxsus marketlər və “EF” market
Digər şəhər və rayonlar üzrə:
Gəncə şəhərində “Elmanoğlu”, “Oba”, “Murad”, “NN”, “Moskva” marketlər və Əliyev İbrahim Fəxrəddin oğluna məxsus ərzaq mağazası
Oğuz rayonunda “Royal Garden”, “Sərin bağ” restoranları
Qəbələ rayonunda Məlikov Vüqar Abduhəlim oğluna məxsus kafe, Əzizov Tərlan Əziz oğluna, Bəxtiyarlı Bəxtiyar Rəfail oğluna, Qədirov Adil Nizam oğluna, Məmmədov Sənan Əlövsət oğluna, Ədilov Sərxan Fizuli oğluna məxsus ərzaq mağazaları
Balakən rayonunda Mustafayev Səttar İbrahim oğluna məxsus ərzaq mağazası
Zaqatala rayonunda Hudulov Hüsən Fətulla oğluna və İsmayılov Şirinbəy Mövlüd oğluna məxsus kafelər
İsmayıllı rayonunda Gözəlov Xəyal Münasib oğluna məxsus ərzaq mağazası, Məmmədov Yunis Ramiz oğluna məxsus “Az Granata” mağazası, Əliyeva Sevda Ağahüseyn qızına məxsus şirniyyat mağazası
Göyçay rayonunda Məmmədov Zaur Yalçın oğluna, Məcidov İlkin Xəqani oğluna, Məmmədov Zamiq Qədir oğluna və Abbasov Taleh Qoçu oğluna məxsus ərzaq mağazaları
Şəmkir rayonunda “Ulu Göyçə”, “Vedili”, “Murad”, “Sabir”, “Kür balığı” kafeləri, “Sadiq” ərzaq mağazası
Quba rayonunda “Ucuz” market, “Bizim Bağ” restoranı, Rzayev Xoşbəxt Zeynal oğluna və Xəlilov Toğrul Rza oğluna məxsus kafelər,
Neftçala rayonu, Bankə qəsəbəsində Müslümova Rahilə Ramazan oğluna, Xantəmirov Böyükağa Sarı oğluna məxsus ərzaq mağazaları
Ağcabədi rayonunda “Favorit”, “Uğur”, “Lider”, “Zahir”, “Afem”, “Real” və “Ramiz” ərzaq mağazaları, “Çinarlıq”, “Ay işığı” kafeləri
Füzuli rayonunda “Mandarin”, “Elçin”, “Melisa”, “Nurlan”, “Oba” ərzaq mağazaları, “Xan bağı”, “Təbriz” restoranları, “Nicat”, “Qarabağ”, “Çinar” kafeləri
İmişli rayonunda “Elçin”, “Sakit göl”, “Tərəkəmə”, “61”, “Meşə” kafeləri
Zərdab rayonunda “Buta”, “Dalğa”, “Gündüzün kafesi” və “Kür” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
Giriş