22 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
22 İyun 2023 10:42

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
19-20 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 24 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 22 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 17, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 10, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 10 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Neptun" supermarket |
Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 15A |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 |
"Rahat" market |
Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 81 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
3 |
"Özbəkistan Quru Meyvələri" mağazası |
Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 80B |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
"Çərəz Məkanı" mağazası |
Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 21-ci Dağlıq küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 |
"Gozzi" quru meyvələr mağazası |
Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 186 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
"Ordubad Quru Meyvələri" İran nemətləri mağazası |
Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 15 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
"№ 11 Ordubad İnciləri" mağazası |
Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 15 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 |
"Ordubad meyvələri" mağazası |
Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 15 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"İran Nemətləri" mağazası |
Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 15 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 |
"Quru Meyvələr" İran nemətləri mağazası |
Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 15 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
"Cülyan" market |
İsmayıllı rayonu, Cülyan kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
"Sun Store" market |
İsmayıllı şəhəri, Nizami küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"Ruzi" market |
İsmayıllı şəhəri, Nizami küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
14 |
"Terra Coffee" restoranı |
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 14 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 |
"Pakhlava" çay evi |
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 14 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
16 |
"Meridian Garden" restoranı |
Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 17 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Şazeli" restoranı |
Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
"Dərya Balıq Evi" kafesi |
Bakı şəhəri, Səbail rayonu, Bibiheybət ştq, N.Quliyev küçəsi |
Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
19 |
"Bala İstanbul" restoranı |
Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 15 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
20 |
"Buta Baku" restoranı |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Bağüstü küçəsi, ev 1 |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
21 |
"Azərtürk" şirniyyat evi |
Bərdə rayonu, Ü.Hacıbəyov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
22 |
"Vanil" şirniyyat evi |
Bərdə rayonu, Ü.Hacıbəyov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.