22 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
8 Dekabr 2023 17:38
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
6-7 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi və 22 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 22 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 8, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
|
Salayev Bəhruz Ədalət oğluna məxsus ərzaq mağazası |
Biləsuvar rayonu, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
Hacızadə Əkbər Rafiq oğluna məxsus ərzaq mağazası |
Lənkəran rayonu, Lənkəran şəhəri, V.Nağıyev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
Hüseynov Tohid Xanoğlan oğluna məxsus ərzaq mağazası |
Lənkəran rayonu, Lənkəran şəhəri, Koroğlu küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
Babayev İlkin Əlifağa oğluna məxsus ərzaq mağazası |
Lənkəran rayonu, Lənkəran şəhəri, Ə.Məmmədov küçəsi, ev 23A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"İmperial" market |
Lənkəran rayonu, Lənkəran şəhəri, Ə.Məmmədov küçəsi, ev 11 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
Axundov Azər İbrahimpaşa oğluna məxsus ərzaq mağazası |
Lənkəran rayonu, Lənkəran şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
"Bolmart" mağazası |
Gəncə şəhəri, Ş.İ.Xətai prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
İctimai iaşə müəssisələri |
|||
|
|
"Bakı" restoranı |
Lənkəran rayonu, Şiləvar kəndi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
|
"Xan" restoranı |
Lənkəran rayonu, Ləvəngi dairəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
|
"Sultan" şadlıq sarayı |
Lənkəran rayonu, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
Əlizadə Murad Rasim oğluna məxsus çayxana |
Lənkəran rayonu, Lənkəran şəhəri, P.Təhməzov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
“Şah” dönər evi |
Qəbələ rayonu, Qəbələ şəhəri, Azadlıq küçəsi, ev 10 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
Əhmədli Şükran Səlim oğluna məxsus dönərxana |
Qəbələ rayonu, Zarağan kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
"İstanbul" kafesi |
Oğuz rayonu, Oğuz şəhəri, H.Əliyev prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
Mahmudzadə Nurlan Tahir oğluna məxsus dönər evi |
Oğuz rayonu, Oğuz şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
“Dönərçi Emre Usta” dönər evi |
Şəki rayonu, Şəki şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
“Halal” dönər evi |
Şəki rayonu, Şəki şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
“Limon” restoranı |
Şəki rayonu, Şəki şəhəri, 20 Yanvar küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
|
“Bizim Dönər” dönər evi |
Qax rayonu, Qax şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
|
“Biz-Bizə” kafesi |
Qax rayonu, Qax şəhəri, Q.Nəbi küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
|
Umarov Abdulqədir Xizri oğluna məxsus konteyner tipli kafe |
Balakən rayonu, Balakən şəhəri, H.Əliyev prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
|
"Kəhriz" kafesi |
Goranboy rayonu, Səfikürd kəndi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş