24 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
14 Dekabr 2022 17:34

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
13 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 36 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 10, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 13, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl olunmaması ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Megastore" market |
Xəzər rayonu, Buzovna qəsəbəsi, "Albalılıq" yaşayış massivi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 |
"Buta" aptek |
Xəzər rayonu, Buzovna qəs., A.Rəhimov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"511" şərab evi |
Xətai rayonu, M.Hadi küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Xəzər" market |
Səbail rayonu, Ə.Yaqubov küç., ev 8C |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 |
Quliyeva Mahirə Aydın qızına məxsus şərab evi |
Səbail rayonu, Neftçilər pr., ev 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Darçın" aptek |
Nəsimi rayonu, A.M.Qaşqay küç., ev 63 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Dokta" aptek |
Sumqayıt şəhəri, 9-cu mkr |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Real" market |
Abşeron rayonu, Mehdiabad qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Şərab Evi 101" |
Abşeron rayonu, Mehdiabad qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Qayalı" market |
Xudat şəhəri, Axundov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
"Amil" market |
Şamaxı şəhəri, Azadlıq küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
12 |
"Şirvan" market |
Şamaxı şəhəri, Şirvan küçəsi |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 |
"Yaşıl" market |
Şamaxı şəhəri, Azərbaycan küçəsi |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 |
"Hikmət" market |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Gənclər küçəsinin kəsişməsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
"Solvador" market |
Qəbələ şəhəri, Nic qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 |
"Ecanom" market |
Qəbələ şəhəri, Nic qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
17 |
"Avropa" market |
Qazax rayonu, Ağköynək kəndi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
Rəhimov Arif Mədəd oğluna məxsus mağaza |
Qazax rayonu, Aslanbəyli kəndi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
19 |
"Bizim" aptek |
Beyləqan şəhəri, Magistral küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
20 |
"Rahil" aptek |
Beyləqan şəhəri, Magistral küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
21 |
"Tural" aptek |
Beyləqan şəhəri, Magistral küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
22 |
"Chado" restoranı |
Nəsimi rayonu, M.Cəlal küç., 4-cü mkr, ev 52D |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
23 |
"Akdeniz" restoranı |
Binəqədi rayonu, İ.Cümşüdov küç., 6-cı mkr, ev 3248 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
24 |
"Əmioğlu" dönər evi |
Şamaxı şəhəri, Gənclər küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.