24 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
28 Dekabr 2022 14:55

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
27 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 36 ticarət müəssisəsi və 18 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 19, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 8, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 15, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Bolmart" market |
Sabunçu rayonu, Zabrat qəs, Babək küç, ev 223 |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
2 |
"Kanal" market |
Sabunçu rayonu, Maştağa-Zabrat yolu |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Kanon" aptek |
Yasamal rayonu, A.M.Şərifzadə küç., ev 96 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Buta" aptek |
Yasamal rayonu, Azərbaycan pr., ev 31 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"M-M" market |
Yasamal rayonu, A.M.Şərifzadə küç., ev 12 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Farma Store" aptek |
Yasamal rayonu, B.Səfəroğlu küç., ev 116 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"İran nemətləri" mağazası |
Nizami rayonu, Q.Qarayev prospekti |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Ocaq" market |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Çinar" market |
Şamaxı rayonu, Muğanlı kəndi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Halal" market |
Şamaxı rayonu, Muğanlı kəndi |
1. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
11 |
"Zeytun" aptek |
Salyan rayonu, Qaraqaşlı kəndi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
12 |
"Paşa-K" firmasına məxsus aptek |
Salyan rayonu, Kürqaraqaşlı kəndi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
13 |
"Zeytun" aptek |
Şirvan şəhəri, Leytenant İbrahimov küç. |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 |
"Refem" market |
Lənkəran şəhəri, Şiləvar kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
"Ufa" market |
Lənkəran şəhəri, T.İsmayılova küçəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 |
"Qulamov" market |
Lənkəran şəhəri, Ləvəngi dairəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
17 |
Əhmədov Şövkət Şaban oğluna məxsus ərzaq mağazası |
Oğuz şəhəri, Cavanşir küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
18 |
"Quşçu" market |
Tovuz rayonu, Aşağı Quşçu kəndi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 |
"Aura" market |
Tovuz rayonu, Aşağı Quşçu kəndi |
1. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
İctimai iaşə müəssisələri |
|||
20 |
"Bəyaz" restoranı |
Nərimanov rayonu, Xan Şuşinski küç., ev 76 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
21 |
"50 qəpik" restoranı |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küç., ev 223 |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
22 |
"Rahib" restoranı |
Xəzər rayonu, Buzovna ŞTQ, Maştağa-Buzovna yolu |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
23 |
"Görüş" restoranı |
Xəzər rayonu, Mərdəkan ŞTQ, Sergey Yesenin küç., ev 105 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
24 |
Xanməmmədov Samir Müşviq oğluna məxsus dönər evi |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Sabirabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən Bayramov İlqar Musa oğluna məxsus ”Dərələyəz” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.