24 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
6 Yanvar 2023 17:13

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
5 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 45 ticarət müəssisəsi və 1 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 13, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 14, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 5 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Real-S" mağaza |
Binəqədi rayonu, 22-ci Dağlıq küç., ev 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"Real-S" topdan satış mağazası |
Binəqədi rayonu, 22-ci Dağlıq küç., ev 1 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
"Eliş" market |
Nərimanov rayonu, A.M.Cümə küç., ev 56 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Endi" market |
Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Balıq" mağazası |
Nəsimi rayonu, Azadlıq pr., ev 7a |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
"Faiq" market |
Nəsimi rayonu, Kaveroçkin küç., ev 21 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
"Dovqan" market |
Nəsimi rayonu, M.Qaşqay küç., ev 44 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"İran Nemətləri" mağazası |
Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 7 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Şok Mart" ərzaq mağazası |
Abşeron rayonu, Mehdiabad qəs., Qrant Gənclər Şəhərciyi |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
10 |
"Zeytun Pharmaceutical" MMC-yə məxsus aptek |
Abşeron rayonu, Ceyranbatan ştq |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 |
"Qayalı" market |
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
12 |
"Sizin” market |
Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"Elçin" market |
Şabran şəhəri, İ.Qayıbov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14 |
"Şamil" market |
Qobustan şəhəri, Bakı-Qazax yolu |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
"Dost" market |
Qobustan şəhəri, Bakı-Qazax yolu |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
16 |
"Yeni" market |
Bərdə rayonu, Mirzalıbəyli kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Ramil" aptek |
Bərdə rayonu, Bakı küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
"Zeytun Pharmaceutical" MMC-yə məxsus aptek |
Bərdə rayonu, H.Əliyev prospekti 171 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 |
"Sizin" market |
Bərdə rayonu, Mirzalıbəyli kəndi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
20 |
"Bavza" aptek |
Bərdə rayonu, Qaradağlı kəndi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
21 |
"Kardio" aptek |
Gəncə şəhəri, Təbriz küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
22 |
"Zeytun Pharmaceutical" MMC-yə məxsus aptek |
Göygöl rayonu, Üçtəpə kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
23 |
"Dokta" aptek |
Şəmkir rayonu, Bakı-Qazax şosesi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
24 |
Hüseynli Ülvin Mahir oğluna məxsus mağaza |
Şəmkir rayonu, Bakı-Qazax şosesi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.