25 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
1 Dekabr 2023 16:39

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
29-30 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 24 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 25 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 23, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
|
Səfərov Vüsal İzzət oğluna məxsus mağaza |
İsmayıllı rayonu, Topçu kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Sərhəd" market |
İsmayıllı rayonu, İsmayıllı şəhəri, Lahıc yolu |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
Astanov Azad Dilavər oğluna məxsus mağaza |
Biləsuvar rayonu, Biləsuvar şəhəri, H.Əliyev küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
Rəhman Cəmşid Arif oğluna məxsus mağaza |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 104 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
Kərimov Pərviz Saleh oğluna məxsus mağaza |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, Cavadxan küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
Əliyev İqbal Mirşükür oğluna məxsus mağaza |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, Cavadxan küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Naringi" market |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, Cavadxan küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
Sultanov Mirismayıl Ağaqasım oğluna məxsus mağaza |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, Cavadxan küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
Qardaşov Mais Ələkbər oğluna məxsus mağaza |
Masallı rayonu, Babaser kəndi |
Obliqat qrupuna daxil olan işçilər ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
Səlimov Ağakərim Əlisa oğluna məxsus mağaza |
Masallı rayonu, Boradigah qəsəbəsi, N.Nərimanov küçəsi, ev 5 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
Abdinov Azər Əli oğluna məxsus mağaza |
Masallı rayonu, Boradigah qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Sevda" market |
Şəki rayonu, Şəki şəhəri, H.Əliyev pr., ev 5 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Təbriz" meyvə satışı mağazası |
Şəki rayonu, Şəki şəhəri, S.Mümtaz küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Ekonom" ərzaq mağazası |
Şəki rayonu, Şəki şəhəri, M.Müşfiq küçəsi, ev 45 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Bərəkət" ədviyyat mağazası |
Şəki rayonu, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 147 |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
Əhmədov Veysəl Telman oğluna məxsus mağaza |
Şəki rayonu, Şəki şəhəri, M.Müşfiq küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Dostlar" market |
Şəki rayonu, Şəki şəhəri, S.Mümtaz küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
İsmayılova Fərqanə Təbriz qızına məxsus mağaza |
Qəbələ rayonu, Qəbələ şəhəri, H.Əliyev prospekti 240D |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Yeni" market |
Qəbələ rayonu, Qəbələ şəhəri, H.Əliyev prospekti 48A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Emil" market |
Qəbələ rayonu, Qəbələ şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
|
“Qəbələ Xanlar” MMC-yə məxsus ailəvi istirahət mərkəzi |
Qəbələ rayonu, Qəbələ şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Çələbixan" restoranı |
Şəki rayonu, Şəki şəhəri, M.F.Axundov prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
"Ləzzət" kafesi |
Şəki rayonu, Şəki şəhəri, M.Müşfiq küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Dönərçi Emre Usta" kafesi |
Şəki rayonu, Şəki şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Ət Love" kafesi |
Zaqatala rayonu, Zaqatala şəhəri, Qazangül qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.