27 Sentyabr – Anım Günü ilə əlaqədar AQTA-da tədbir keçirilib
27 Sentyabr 2026 16:58
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Agentliyin rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalına son qoyulub və Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilib.
Daha sonra 27 Sentyabr – Anım Günü ilə əlaqədar tanınmış jurnalist, media eksperti və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin müəllifi olduğu “Qanadı sınmış mələklər” filminin nümayişi təşkil edilib. Sənədli film haqqında məlumat verən müəllif bildirib ki, ekran əsəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində dünyasını dəyişmiş və ailə üzvlərini itirmiş uşaqların həyatından bəhs edir.
Filmdə Vətən müharibəsi dövründə Gəncədə baş verən faciəvi hadisələrin uşaqların taleyinə təsiri real həyat hekayələri əsasında təqdim olunur. Ekran əsəri şəhidlərin xatirəsinin yaşadılması və müharibənin dəhşətlərinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda film nümayiş olunub.
Oxşar xəbərlər
Formula 1 Azərbaycan Qran-Prisində qida təhlükəsizliyi AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dünyanın müxtəlif ölkələrindən minlərlə azarkeşi Bakıda bir araya gətirən “Formula 1 Azərbaycan Qran-Prisi” çərçivəsində tədbir iştirakçılarının və qonaqların qidalandığı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edilir. Mötəbər idman yarışının yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə qidaların hazırlandığı, saxlanıldığı və təqdim edildiyi ərazilərdə Agentliyin 32 mütəxəssisdən ibarət heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Keçirilən monitorinqlərin əsas məqsədi qidalanmanın təşkili zamanı sanitar-gigiyenik tələblərə riayət olunmasını qiymətləndirmək, həmçinin qida məhsullarının xammal mərhələsindən son istehlakadək bütün mərhələlərində təhlükəsizliyini təmin etməkdir. Qeyd edək ki, ölkəmizdə daha əvvəl uğurla keçirilmiş COP29, III MDB Oyunları, Beynəlxalq Astronavtika Konqresi, WUF13 və digər kütləvi tədbirlər zamanı tətbiq olunan effektiv nəzarət mexanizmləri və risk əsaslı yanaşmalar “Formula 1 Azərbaycan Qran-Prisi” çərçivəsində də həyata keçirilir. Beynəlxalq tədbir müddətində AQTA əməkdaşları qida təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Gəncə şəhəri və Göygöl, Samux rayonlarında fəaliyyət göstərən bir neçə ictimai iaşə müəssisəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, 4 ictimai iaşə müəssisəsində müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb və fəaliyyətlərinin davam etdirilməsinə icazə verilib. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, fiziki şəxs Əlizadə Alim Mövsüm oğluna məxsus ictimai iaşə müəssisəsi; 2. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti və X.Şirvani küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Natiq oğluna məxsus çayxana; 3. Göygöl rayonu, Göygöl şəhəri, A.Kazımov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Ruhiyə Namaz qızına məxsus çayxana; 4. Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Mehvalıyev Elvin Rza oğluna məxsus çayxana.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş