28 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
8 Fevral 2023 17:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
7 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 31 ticarət və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 28 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 21, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbul ilə bağlı 13, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 7, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 7, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1, açıq şəkildə satışı həyata keçirilən məhsullara qoyulan tələblərdə uyğunsuzluqla bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, saxta alkoqollu içkilərin satışı və açıq şəkildə satışı həyata keçirilən məhsullara qoyulan tələblərdə uyğunsuzluqla bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
|
Ticarət obyektləri |
|||
|
1 |
"Rübail" market |
Binəqədi rayonu, |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 2. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu |
|
2 |
"Pak-46" market |
Binəqədi rayonu, |
1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu 2. Saxta alkoqollu içkilərin satışı 3. Açıq şəkildə satışı həyata keçirilən məhsullara qoyulan tələblərdə uyğunsuzluq |
|
3 |
Abasov Fərid Müzəffər oğluna məxsus market |
Abşeron rayonu, Saray qəsəbəsi, S.Bəhlulzadə küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu 4. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 5. Açıq şəkildə satışı həyata keçirilən məhsullara qoyulan tələblərdə uyğunsuzluq |
|
4 |
"Grandmart" market |
Abşeron rayonu, Novxanı kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 2. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
5 |
Ərzaq mağazası |
Ağsu şəhər M.Vidadi küçəsi |
1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu 2. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
6 |
"Xeyyam" market |
Ağsu şəhər M.Vidadi küçəsi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 2. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu 3. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
7 |
"Zeytun 5" aptek |
Ağsu şəhər M.Vidadi küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
8 |
"Zeytun 8" aptek |
Ağsu şəhər M.Vidadi küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
9 |
"Dəniz" market |
Cəlilabad rayonu, Ocaqlı kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
10 |
"Andrevka" market |
Cəlilabad rayonu, Qarazəncir kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
11 |
Bayrmanov Elman Çəti oğluna məxsus market |
Cəlilabad rayonu, Qarazəncir kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
12 |
“5+” supermarket |
Mingəçevir şəhəri, M.Maqomayev küçəsi |
1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu |
|
13 |
"Çənlibel" market |
Xaçmaz şəhəri, H.Əliyev prospekti |
1. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
14 |
“Abdul” market |
Zaqatala rayonu, Göyəm kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
15 |
"Ümüd" market |
Füzuli rayonu, Əhmədbəyli kəndi |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
16 |
"Ticarət mərkəzi" market |
Füzuli rayonu, Kərimbəyli kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
17 |
"Bulaq" market |
Füzuli rayonu, Böyükbəhmənli kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 2. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
18 |
Abbaszadə Abbas Təyyub oğluna məxsus market |
Füzuli rayonu, Böyükbəhmənli kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 2. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
|
İctimai iaşə müəssisələri |
|||
|
19 |
"Üç Qardaş" yeməkxanası |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 37C |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 2. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu |
|
20 |
"Qafqaz" restoranı |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu |
|
21 |
"Neymət" kafe |
Füzuli rayonu, Horadiz şəhəri, H.Əliyev prospekti |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu |
|
22 |
"Türkiyəm" çay evi |
Füzuli rayonu, Horadiz şəhəri, H.Əliyev prospekti |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
23 |
"Nənəmin təndiri" |
Füzuli rayonu, Horadiz şəhəri, H.Əliyev prospekti |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
24 |
"Mutlu Dad" dönər evi |
Füzuli rayonu, Horadiz şəhəri, H.Əliyev prospekti |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
25 |
"Mutlu Dad" restoranı |
Füzuli rayonu, Kərimbəyli kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 2. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu |
|
26 |
"Sultan" restoranı |
Füzuli rayonu, Əhmədbəyli kəndi |
1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
|
27 |
"Vətən bağı" kafe |
Füzuli rayonu, Əhmədbəyli kəndi |
1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu |
|
28 |
"Nurcaz" restoranı |
Füzuli rayonu, Bala Bəhmənli kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 2. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullar qəbulu |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş