29 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
22 Dekabr 2022 17:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
21 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 29 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 24, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 8, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 17, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Zeytun" aptek |
Xətai rayonu, S.Orucov küç., ev 1 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 |
"Fresh Mart" market |
Xətai rayonu, S.Orucov küç., ev 17C |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
"Bolmart" supermarket |
Nərimanov rayonu, A.M.Cümə küç., ev 46C |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 |
"Rahat" market |
Nərimanov rayonu, C.Hacıbəyli küç., ev 117A |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 |
"Neyron" aptek |
Nəsimi rayonu, Azadlıq pr., R.Axundov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"İmpuls" aptek |
Nəsimi rayonu, İ.Həmidov küç., ev 16 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Sab 175" aptek |
Nəsimi rayonu, S.Zeynalov küç., ev 4 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Rossiya" market |
Qusar şəhəri, Ş.Şərifov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 |
"Sanif" market |
Ağsu şəhəri, S.Vurğun küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 |
"İbrahim" market |
Ağsu şəhəri, S.Vurğun küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
"Namiq" market |
Ağsu şəhəri, S.Vurğun küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
"Milana" aptek |
Şirvan şəhəri, Xəqani küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
13 |
"Zeytun" aptek |
Şirvan şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 |
"Dokta" aptek |
Sabirabad şəhəri, H.Əliyev pr., ev 108 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 |
"Zeytun" aptek |
Sabirabad şəhəri, Muğan pr., ev 28 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
16 |
"Uzil" market |
Şirvan şəhəri, Neftçilər küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Dokta" aptek |
Şirvan şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
"İran Məhsulları" mağazası |
Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 21C |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 |
"Bərəkət" market |
Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 117 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
20 |
"Zeytun" aptek |
Gəncə şəhəri, M.C.Paşayev küçəsi 12A |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
21 |
"Dokta" aptek |
Ucar şəhəri, Oğuz küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
22 |
"Zeytun" aptek |
Ucar rayonu, Qarabörk kəndi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
23 |
"Azər" aptek |
Ucar şəhəri, Azərbaycan küç., ev 45 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
24 |
Nifədliyev Akşin Vəliyəddin oğluna məxus ərzaq mağazası |
Ucar şəhəri, Qazıqumlaq kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
25 |
"Qədim Qəbələ" restoranı |
Xətai rayonu, A.Cəlilov küç., ev 26 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
26 |
"Tuğra" restoranı |
Xətai rayonu, S.Orucov küç., ev 17C |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
27 |
"Büyükfırat" restoranı |
Nərimanov rayonu, Təbriz küç., ev 106A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
28 |
"Perla Pub" kafesi |
Nəsimi rayonu, A.Məhərrəmov küç., ev 26B, 3005-ci məhəllə |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
29 |
"Manqalüstü" restoranı |
Nizami rayonu, B.Çobanzadə küç., ev 2 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.