3 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
26 Aprel 2021 15:22
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 23 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 14 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd olunan tarixdə 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Hüseynova Aynur Sərxan qızı |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
Bayramov Mehman Şamil oğlu |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
3 |
Qəribov Salman Oruc oğlu |
Pərakəndə satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Oxşar xəbərlər
Qida təhlükəsizliyi tələblərini pozan şirin buğda emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, ev 72 ünvanında fəaliyyət göstərən fiziki şəxs Orucov Sarvan Kazım oğluna məxsus şirin buğda emalı müəssisəsində yoxlama keçirilib.
Suşi emalı müəssisəsində yoxlama keçirilib
Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Novruzov Faiq Yaşar oğluna məxsus suşi emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisədə emal prosesinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, istifadə edilən qida məhsullarının üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, ayrıca sahələrin təşkil edilmədiyi, işçi heyətin ikin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı qərar qəbul olunub.
Antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alındı
Gəncə şəhəri, Z.Əliyeva küçəsi 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsgərov Ayəddin İsa oğluna məxsus quş əti emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, xammalın qəbulu, saxlanması, emalı, satışı üçün müvafiq avadanlıq və inventarlarla təchiz olunmuş sahələrin mövcud olmadığı, emal prosesinin eyni sahədə həyata keçirildiyi, məhsulların antisanitar vəziyyətdə yerdən yığılaraq saxlandığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb və saxlanca qoyulub, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.