30 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
23 Dekabr 2022 16:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
22 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 30 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 22, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 8, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 18, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Rahat" supermarket |
Bakı şəhəri, Nizami rayonu, Nəsimi küç., ev 25A |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 |
"Bizim RNS" market |
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 2 |
Açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi |
3 |
"Romaşka" market |
Səbail rayonu, R.Rza küç., ev 17 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
"Qarabağ" market |
Səbail rayonu, R.Rza küç., |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Zeytun" aptek |
Nəsimi rayonu, Azadlıq pr., |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Zeytun" aptek |
Nəsimi rayonu, S.Zeynalov küç., ev 4 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Gəncə Store" market |
Nərimanov rayonu, İ.Dadaşov küç., ev 57 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Uğur" market |
Nərimanov rayonu, M.Araz küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Home Food" MMC-yə məxsus mağaza |
Nərimanov rayonu, İ.Dadaşov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Best Mart" market |
Abşeron rayonu, Görədil kəndi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
11 |
"Zeytun" aptek |
Sumqayıt şəhəri, 14-cü məhəllə |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
12 |
"404 Şərab Evi" |
Abşeron rayonu, Mehdiabad qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
13 |
"Mandarin" market |
Quba rayonu, Amsar kəndi |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
14 |
"May" market |
Quba rayonu, Amsar kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
"Dokta" aptek |
Şirvan şəhəri, 20 Yanvar küç., ev 4A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
16 |
"Dokta" aptek |
Şirvan şəhəri, Energetik küç., ev 9 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
17 |
"Zeytun" aptek |
Şirvan şəhəri, F.Eynullayev küç., ev 3m |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
"Sağlamol" aptek |
Salyan şəhəri, Ə.Hüseynov küç., döngə 1, ev 3 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 |
"Xan" market |
Yevlax rayonu, Nizami prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
20 |
"Kəsəmən" market |
Ağstafa şəhəri, 25-ci məhəllə |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
21 |
Hüseynəliyev Nazim Bayraməli oğluna məxsus şərab evi |
Ağstafa şəhəri, R.Alıcanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
22 |
"Qismət" aptek |
Ucar şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
23 |
"Şəfa" aptek |
Ucar şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
24 |
"Xan" restoranı |
Quba rayonu, F.Xan küçəsi 41 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
25 |
"Quzan" restoranı |
Cəlilabad şəhəri, Qurtuluş prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
26 |
"Osan" kafesi |
Goranboy rayonu, Qızılhacılı qəsəbəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
27 |
"Səma" restoranı |
Naftalan şəhəri, İ.Nəsimi küçəsi 5A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
28 |
"Koroğlu" kafesi |
Goranboy rayonu, Səfikürd kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
29 |
"Göbələk" restoranı |
Ağstafa rayonu, Bakı-Qazax şosesi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
30 |
"Fujer" kafesi |
Ağstafa şəhəri, R.Alıcanov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.