31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
31 Mart 2022 17:18
![31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3010/16824826486471.jpg)
![31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3010/16824826486472.jpg)
![31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3010/16824826486471.jpg)
![31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3010/16824826486472.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə 1918-ci ildə daşnak erməni millətçilərinin dinc azərbaycanlıları məhz milli və dini zəmində xüsusi qəddarlıqla öldürdüyü, tarixi və mədəniyyət abidələri, mülki obyektləri dağıtdığı qeyd edilib. Bildirilib ki, “Böyük Ermənistan” yaratmaq niyyəti güdən erməni millətçiləri azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə və deportasiya siyasəti aparıb.
Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kadrları əks etdirən videomaterial nümayiş olunub. Erməni vandalları tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsi yad edilib.
Oxşar xəbərlər
![Quş qripi xəstəliyinə qarşı növbəti monitorinq keçiriləcək](https://afsa.gov.az/resized/resize224/center/pages/10284/whatsapp-image-2025-02-17-at-163212.jpg)
Quş qripi xəstəliyinə qarşı növbəti monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Cari ilin 3-7 mart tarixlərində keçiriləcək monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq sistemə daxil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq.
![Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/10283/whatsapp-image-2025-02-17-at-145137.jpg)
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-14 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran, İmişli, Tərtər və Ağdam rayonlarında fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
![Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır](https://afsa.gov.az/resized/resize224/center/pages/10280/whatsapp-image-2025-02-17-at-142736.jpg)
Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Zoologiya İnstitutu ilə birgə Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçirilir. Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan 13 min aldadıcı yem paylanacaq. Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)