31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
19 Dekabr 2022 15:24
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
15 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 15 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 31 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 20, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 21 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Dokta" aptek |
Nizami rayonu, Q.Qarayev pr., ev 61 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"AlcoStock" şərab evi |
Abşeron rayonu, Novxanı kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Buta" aptek |
Sumqayıt şəhəri, 48-ci məhəllə |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Jhon" şərab evi |
Abşeron rayonu, Novxanı kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Dokta" aptek |
Şirvan şəhəri, N.Nərimanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
"Zeytun" aptek |
Şirvan şəhəri, N.Nərimanov küçəsi 15 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Zeytun" aptek |
Şirvan şəhəri, N.Nərimanov küç., ev 38 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
"Zeytun" aptek |
Şirvan şəhəri, N.Nərimanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Emin" aptek |
Neftçala şəhəri, M.Ə.Sabir küç., ev 4k |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
"Dokta" aptek |
Neftçala şəhəri, M.Ə.Sabir küç., m.15 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
11 |
"Zeytun" aptek |
Neftçala şəhəri, H.Əliyev prospekti |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
12 |
"Alov 10" MMC-yə məxsus aptek |
Saatlı şəhəri, M.F.Axundov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
"Zeytun" aptek |
Şirvan şəhəri, H.Əliyev pr., ev 1/95 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 |
Məmmədli Tahir Zahir oğluna məxsus market |
Qəbələ şəhəri, Nic qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 |
"Mahir" market |
Tovuz rayonu, Qovlar şəhəri |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 |
"Banu" market |
Tovuz rayonu, Qovlar şəhəri |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
17 |
"Will Farm" MMC-yə məxsus aptek |
Tovuz rayonu, Qovlar şəhəri |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
18 |
Qasımov Şahmurad İlqar oğluna məxsus market |
Tovuz şəhəri, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
19 |
Hüseynov Tacəddin Saməddin oğluna məxsus aptek |
Ucar şəhəri, Qəzyan kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
20 |
İsgəndərov Elvin Əlikram oğluna məxsus aptek |
Ucar şəhəri, Qəzyan kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
21 |
Əliyev Qurbanəli İmanbaxış oğluna məxsus mağaza |
Zərdab rayonu, Aşağı Seyidlər kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
22 |
"4 Yol" market |
Zərdab şəhəri, dördyol ayırıcı |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
23 |
"Atlantis" restoranı |
Yasamal rayonu, H.Zərdabi pr., ev 20 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
24 |
"Çay Bağı 145" kafesi |
Səbail rayonu, Böyük Qala küç., ev 4 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
25 |
"Alibaba Nargilə Lounge" restoranı |
Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3, ev 7 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
26 |
"Veranda" restoranı |
Nərimanov rayonu, Ə.Rəcəbli küç., ev 19A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
27 |
"Okean" pub |
Nərimanov rayonu, Y.V.Çəmənzəminli küç., ev 100 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
28 |
"Sahne Baku" restoranı |
Xətai rayonu, 8 Noyabr pr., ev 15 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
29 |
"Şəhri Şuşa" kafesi |
Cəlilabad şəhəri, Qurtuluş prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
30 |
"Cənub" restoranı |
Cəlilabad şəhəri, Qurtuluş prospekti |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
31 |
"№1" restoranı |
Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.