4 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
25 Yanvar 2021 11:30


“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 22 yanvar 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
"SAPRO" Məhdud Məsuliyyətli Cəmiyyəti |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 |
MEHTİ ZEYNALOV ƏSKƏR OĞLU |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 |
BƏHRUZ MUSTAFAYEV ELDAR OĞLU |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
4 |
QİYAZ HÜMBƏTOV NAZİR OĞLU |
İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər

Cəlilabadda fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Cəlilabad şəhəri, Cavadxan küçəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimov Pərviz Saleh oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, un məmulatlarının açıq şəkildə satışının həyata keçirildiyi müəyyən olunub. Eyni zamanda yararlılıq müddəti bitmiş alkoqolsuz içki, kolbasa və digər qida məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.

Cəlilabadda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən, fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Ağdaşda ictimai iaşə obyektinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, M.İsayev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mirzalıyev Namiq Həmdiyə oğluna məxsus ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, döşəmə, divar, tavanın təmirsiz olduğu və çirkləndiyi, qida məhsulları və qablar üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və antisanitar şəraitdə yuyulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.
