5 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
30 Avqust 2023 15:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
29 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 5 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 3, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
|
"Grandmart" supermarket |
Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 507-511 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
"Cavid" market |
Lənkəran rayonu, Lənkəran şəhəri, Bakı-Astara magistral yolu və H.Əsgərov küçəsinin kəsişməsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri |
|||
|
"Qədim Bərdə" kafesi |
Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 6 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Khan Garden" kafesi |
Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr., ev 248a |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5. |
"Panorama" restoranı |
Lənkəran rayonu, H.Əliyev prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
Oxşar xəbərlər
Xətai rayonunda fəaliyyət göstərən dönərxanada nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 178A ünvanında yerləşən fiziki şəxs Salmanov Azər Yolçu oğluna məxsus “Ləziz” dönərxanasında planlı yoxlama həyata keçirilib.
Nizami rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 2404 ünvanında fəaliyyət göstərən “Beer Muxtar By Ares Pub Restaurant” MMC-yə məxsus “Beer Muxtar” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 11 ədəd 0.5 litrlik, 2 ədəd 1 litrlik “Absolute” əmtəə nişanlı və 3 ədəd 0.7 litrlik, 1 ədəd 0.5 litrlik “Finlandia” əmtəə nişanlı araq, 7 ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı viski aşkarlanıb. Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın ikinci dəfə kustar üsulla yapışdırıldığı müəyyən edilib. Qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və sair) yoxlamaya təqdim edilməyib. Bununla da, sözügedən məhsulların normativ sənədlərin tələblərinə uyğun olmadığı məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb və laborator müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 16-20 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Bakı şəhəri üzrə Abdullazadə Abdulla Qorxmaz oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 10 İnzibati protokol tərtib edilib Eyvazov Ariz Kərəm oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Allahverdiyev Nicat Mehdi oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Quliyev İmran Cavid oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Heydərov Ramil İmran oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 19 İnzibati protokol tərtib edilib Abdullayev Yasin Hüseyn oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi İnzibati protokol tərtib edilib Məmmədov Asiman Nadir oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış Massivi İnzibati protokol tərtib edilib Nəzərov Məzahir Sahib oğlu Suraxanı rayonu, İ.Musayev küçəsi İnzibati protokol tərtib edilib Məmmədov Hüseyn Kərim oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İnzibati protokol tərtib edilib Namazov Tuncay Abuzər oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 2 İnzibati protokol tərtib edilib Fərzəliyev Bəxtiyar Volodiya oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib İbrahimov Sədrəddin İbrahim oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib Pənəliyev Təbriz Novruz oğlu Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib Əliyev Sevindik Mehman oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi İnzibati protokol tərtib edilib Zərbəliyev Kərim Məhbub oğlu Xətai rayonu, Cavanşir küçəsi 44 İnzibati protokol tərtib edilib Abşeron rayonu üzrə Babakişiyev Əli Oruc oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi İnzibati protokol tərtib edilib Məmmədli Rəhim İlqar oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi İnzibati protokol tərtib edilib