6 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
3 Mart 2021 12:33
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
|
№ |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
|
1 |
Savalanova Rəna Balaca qızı |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
|
2 |
"AZERBAİJAN POULTRY COMPANY" MMC |
Topdan satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
|
3 |
Şərifi Məhəmməd Qərib oğlu |
İctimai iaşə |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
|
4 |
Mahmudov Yadigar Yusif oğlu |
Topdan satış |
Sahibkar tərəfindən yanlışlıqla ikinci dəfə müraciət edilmişdir. |
|
5 |
Cəfərov Əbülfəz Nuri oğlu |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
|
6 |
Qəniyev Məsləhət İsmayil oğlu |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş