6 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub
28 Sentyabr 2021 11:54
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 27-də qida məhsulları sahəsində fəaliyyət göstərən 62 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd edilən tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
№ |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Hüseynov Mərdan Fəxrəddin oğlu |
ilkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
Abdullayev Ədalət Əhəd oğlu |
ilkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 |
"PLANT AGRO" MMC |
istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 |
Qaragözova Nərgiz Rəcəb qızı |
istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
5 |
Heydərov Azər Əkbər oğlu |
topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 |
Səmədov Elxan Fərrux oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.