6 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
19 Sentyabr 2023 17:03

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
18 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 6, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
|
"Tam" market |
Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Kolanı" market |
Hacıqabul rayonu, Muğan qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Vip" market |
Ağsu rayonu, Ağsu şəhəri, Bakı-Qazax yolu 158-ci km |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
|
"Şəlalə" kafesi |
Ağsu rayonu, Ağsu şəhəri, Bakı-Qazax yolu 160-cı km |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"Manqal" dönər evi |
Ağsu rayonu, Ağsu şəhəri, Nizami küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Sərin" kafesi |
Şəki rayonu, Şəki şəhəri, S.Rəhman küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər

4 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
19 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.

Mingəçevirdə fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində yoxlama keçirilib
Nəzarət tədbirləri çərçivəsində Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, ev 2/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mustafayev Elşən Bəxtiyar oğluna məxsus toyuq kəsimi müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Lənkəranda fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Daxil olan vətandaş şikayəti əsasında Lənkəran rayonu, Girdəni kəndində fəaliyyət göstərən İbrahimov Əkbər Muxtar oğluna məxsus toyuq kəsimi müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
