7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
7 İyun 2023 09:09
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Artıq beşinci dəfə qlobal səviyyədə qeyd olunan xüsusi günün builki fəaliyyət planı “Keyfiyyətli qida həyatları xilas edir” şüarı üzərində qurulub.
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, həmçinin dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşməsi və qida ilə əlaqədar risklərin insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərməsi nəzərə alınaraq təsis edilib. Bu günün təsis olunmasında əsas məqsəd isə qida ilə əlaqəli risklərin aşkarlanmasına, qarşısının vaxtında alınmasına və düzgün idarə edilməsinə diqqət çəkməklə, ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, qida ilə yoluxan parazitar xəstəliklər kəskin və xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Təhlükəsiz qida istehsalı isə qida itkisini və tullantılarını azaldaraq planetə, eyni zamanda dünya iqtisadiyyatına fayda verir, səhiyyə sisteminin yükünü azaldır. Təsadüfi deyil ki, hazırda 188 ölkə beynəlxalq qida ticarətinin təhlükəsizliyi, keyfiyyəti və ədalətinin təmin olunmasında mühüm rol oynayan Kodeks Alimentarius beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları üzrə əməkdaşlıq edir. Ümumdünya Qida Təhlükəsizliyi Günü də məhz Kodeks Alimentarius Komissiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının birgə tərəfdaşlığı çərçivəsində qeyd olunur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə FAO-nun Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici və sosial məsuliyyət tədbirləri həyata keçirir. İstehlakçılara və sahibkarlara sosial şəbəkələr, kütləvi informasiya və digər kommunikasiya vasitələri ilə müxtəlif mesajlar ötürülür.
Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi işləri davam etdirilir. AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı və Abşeronda 7, regionlarda 9 olmaqla, ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik laboratoriyaların fəaliyyətinin əsas məqsədi respublikamıza idxal olunan və ölkədə istehsal edilən qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsidir.
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlamasının da 5 ili tamam olur. Fəaliyyətini şəffaflıq və hesabatlılıq, qərəzsizlik və bitərəflik, sahibkarlarla tərəfdaşlıq, istehlakçı mənafeyinin üstünlüyü, innovativlik, səmərəlilik və nəticəyönümlülük, risk əsaslı yanaşma və beynəlxalq tələblərə uyğunluq prinsipləri üzərində quran Agentlik ötən dövrdə bir sıra uğurlar əldə edib.
AQTA tərəfindən ötən 5 il ərzində həyata keçirilən bir sıra tədbirlərlə bağlı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib. Yoxlama zamanı şadlıq evində saxtalaşdırma əlamətləri olan 72 ədəd (hər biri 0.7 lt ) “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, sözügedən məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Aktif Life Pharma İlaç Medikal Sanayi Ticaret Anonim Şirketi”nin filialının fəaliyyəti ilə tanış olub. AQTA sədrinə müəssisənin istehsal potensialı və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Q.Təhməzli müəssisənin istehsal və emal sahələri, texnoloji xətləri, laboratoriyası və sınaq imkanlarını nəzərdən keçirib. Bildirilib ki, müəssisədə bioloji aktiv qida məhsullarının emalı həyata keçirilir. Tanışlıq zamanı istehsal prosesində qida təhlükəsizliyi tələblərinə əməl olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin təmin edilməsi, eləcə də laboratoriya nəzarətinin təşkili ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Giriş