7 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
25 Avqust 2023 16:17

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
24 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 5 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 6, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
|
"Zakuska" mağazası |
Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, ev 7 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Sushi" market |
Bakı şəhəri, Nərimanov rayonu, T.H.Məmmədov küçəsi, ev 4 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
|
"Hot-Pot" restoranı |
Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 9 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Pancho's" kafesi |
Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Köz Dönər" dönər evi |
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Aftobaza" kafesi |
Lənkəran rayonu, M.Füzuli küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Xan Kababı" restoranı |
Lənkəran rayonu, H.Əliyev prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
27-28 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şabran, Lənkəran, Quba rayonlarında fəaliyyət göstərən 11 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

4 ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
26-27 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.

AQTİ müvafiq sahələr üzrə ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan, qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər müvafiq sahələrdə çalışmaq istəyən mütəxəssisləri əməkdaşlığa dəvət edir.