8 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
24 Avqust 2023 16:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
23 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
|
"Nənəmin Təndiri" satış və istehsal obyekti |
Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 2-ci mkr, ev 15 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Göylər" market |
Şamaxı rayonu, Göylər kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
Musayev Adil Talıb oğluna məxsus ərzaq mağazası |
Şamaxı rayonu, Göylər kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
"İdealmart" market |
Şamaxı rayonu, Göylər kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
|
"Lokma dönər" kafesi |
Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Kral" dönər evi |
Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
"Bakı" restoranı |
Lənkəran rayonu, Ələt-Astara magistralı |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
|
Lənkəran "Söyüdlük" kafesi |
Lənkəran rayonu, Şiləvar kəndi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
Oxşar xəbərlər
Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Yusifov Namik Səlim oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.
Su emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Bakı şəhəri, H.Mirzəyev küçəsi 1069 ünvanında yerləşən, “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Yasamalda kremli və qənnadı məmulatlarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
Yasamal rayonu, M.Xiyabani küçəsində fəaliyyət göstərən, “Desert” kremli və qənnadı məmulatlarının emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi aşkarlanıb. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi və xammalların antisanitar vəziyyətdə emal sahəsində saxlandığı müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məsul şəxsi barəsində inzibati protokol tərtib olunub.