Ağcabədidə heyvanların identifikasiyası və elektron uçotu ilə bağlı maarifləndirmə tədbiri keçirilib
3 Noyabr 2026 09:14
Heyvandarlıq sahəsində şəffaflığın və izləniləbilənliyin təmin olunması, iri və xırdabuynuzlu heyvanların identifikasiyası və elektron uçotunun aparılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Ağcabədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının, icra nümayəndələrinin və bələdiyyə üzvlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıda duran vəzifələr müzakirə olunub. Ölkə üzrə iri və xırdabuynuzlu heyvanların identifikasiyası, qeydiyyatının aparılması, elektron uçotunun təşkili və müvafiq məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi barədə ətraflı məlumat verilib. Həmçinin heyvan sahibləri və onlara məxsus heyvanlar barədə məlumatların sistemə daxil edilməsi üçün yaradılmış modul və portalın təqdimatı keçirilib.
Tədbirdə bildirilib ki, heyvanların identifikasiyası və elektron uçotu onların mənşəyinin, eləcə də hərəkətinin izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır. Bu məqsədlə rayonun kənd və qəsəbələrində heyvandarlıqla məşğul olan şəxslərin siyahısının dəqiqləşdirilməsi, saxlanılan heyvanların sayının düzgün uçota alınması vacibdir.
Sonda iştirakçıların sualları cavablandırılıb, müvafiq izahatlar verilib və bu prosesdə birgə və koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə tədbirləri ilə bağlı videoçarx hazırlanıb. Agentlik əhalini 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan vuran zərərverici ilə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığının qışlama dövründə aşkar edilərək məhv edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə mübarizə tədbirlərinin aparılması zərərvericinin sayının azaldılmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına imkan verir. Daha ətraflı:
Sağlam arıqlama balanslı qidalanma və müntəzəm fiziki aktivlikdən asılıdır
Sosial şəbəkələrdə “möcüzəvi arıqlama” vəd edən məhsulların piyləri əritdiyinə və qalıcı nəticə verdiyinə dair iddiaların elmi əsası yoxdur. Belə vasitələrdən istifadə zamanı tərəzidə müşahidə olunan çəki azalması piy kütləsinin deyil, əsasən bədəndəki suyun və əzələ kütləsinin itirilməsi ilə bağlı ola bilər. AQTİ-nin Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, diyetoloq İlqar Şamilov bildirir ki, elmi sübutlarla təsdiqlənməyən bu məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi risklər yarada bilər. Buna görə də qısa müddətdə arıqlama və ya orqanizmin tam təmizlənməsi vəd edən reklamlara aldanmaq olmaz. Bu cür məhsullardan istifadə etməzdən əvvəl onların tərkibi, istehsalçısı və təhlükəsizlik göstəriciləri mütləq yoxlanılmalıdır. Yalnız məşhurların tövsiyələrinə və sosial şəbəkələrdə paylaşılan “əvvəl və sonra” fotolarına inanaraq qərar vermək düzgün deyil. Arıqlama çayları sağlam həyat tərzini və fiziki aktivliyi əvəz etmir. Sağlamlığınızı qoruyun, sürətli nəticə naminə riskə getməyin!
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş