Ağdaşda fəaliyyət göstərən restoranda saxta alkoqollu içkilər aşkarlanıb
22 Avqust 2024 11:37
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, Ağdaş-Göyçay yolunun 1-ci km-də fəaliyyət göstərən, fiziki şəxs Ələkbərov Arif Mahir oğluna məxsus "Ağdaş Palace” restoranında plandankənar yoxlama keçirib.
Baxış zamanı ictimai iaşə müəssisəsinin anbar sahəsində qablaşdırılması və etiketlənməsində saxtalaşdırma əlamətləri olan müxtəlif saxta əmtəə nişanlı (“Beluga”, “Russkiy Standart”, “Absolut Vodka”, “Nemiroff”, “Green Drop”, “Qızıl Çar”, “Zero”, “Bison Rosol”, “Xorçitsa”, “Verba”, “ALP LİNE”, “Minsk”, “Sokrovice Belarus”, “Admiral Van Bellingham”, “Gradus”, “Zelupa”, “Russkiy Standart Platin”, “Vladinko”, “Finlandia”), ümumi sayı 309 ədəd alkoqollu içki (araqlar) aşkarlanıb.
Belə ki, içkilərin qablaşdırmasının orijinal məhsullardan fərqləndiyi, bəzilərinin qapaq hissəsinin sonradan təkrarən bağlandığı, müxtəlif istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı bəzi içkilərin qapaqlarının eyni olduğu məlum olub. Həmçinin yoxlama zamanı bu içkilərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən heç bir sənəd təqdim edilməyib.
Faktla bağlı müəssisədə aşkar olunmuş və saxtalaşdırma əlamətləri olan alkoqollu içki məhsullarının satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib, müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq lobarotoriyasına təqdim olunub.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş