AQTA 12-16 noyabr tarixlərində quş qripi xəstəliyi ilə bağlı həyata keçirdiyi monitorinqlərin nəticələrini açıqlayıb
16 Noyabr 2018 00:00
Noyabr ayının 12-dən 16-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı monitorinqlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin (2, 3, 5, 6, 11 saylı), Milli İstinad Laboratoriyası, Quba, Bərdə, Salyan, Lənkəran Regional Sınaq Laboratoriyalarının nümayəndələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının mütəxəssisləri və əməkdaşlarının iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməmişdir.
Quş qripi xəstəliyinə görə Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq əraziləri, eləcə də respublikanın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 43 baş çöl quşunun patoloji materialı və Tərtər rayonu da daxil olmaqla qeyd edilən rayonlara ölkəmizin ayrı-ayrı həyətyanı təsərrüfatlarından gətirilən 276 baş ev quşunun qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Milli İstinad Laboratoriyasına təhvil verilmişdir.
Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş