AQTA 194 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirdi,76-da qayda pozuntusu aşkarladı
13 İyul 2020 14:30
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 12 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 153 ərzaq satışı mağazası olmaqla ümumilikdə 194 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Grandmart” (Nəsimi rayonu), “Speed One Enter” MMC-yə məxsus ərzaq mağazası, “Nihat”, “77 market”, “Best mart”, “Bizim”, “Sev al”, “Səba”, “Amin” marketlər, Ələsgərov Adil Kamal oğluna, İbrahimov Akif İbrahim oğluna, Cəfərov Elgün Elşad oğluna, Mirzəyev Vasif Nazir oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Qobustan rayonunda Zaidov Vahid Əvəz oğluna məxsus kafe və Axundov Qabil Nuru oğluna məxsus “Dostlar” kafesi
Quba rayonunda Kərimli Mahmud Seyran oğluna, Xəlilov Toğrul Ağalar oğluna, Rzayev Xoşbəxt Zeynalabdin oğluna və Manafov Qədim Cahangir oğluna məxsus kafelər
Salyan rayonunda Əliyev Natiq Absalam oğluna və Abberin Çingiz Abbasqulu oğluna məxsus ərzaq mağazaları
Ağsu rayonunda Məmmədov Əli Gülməmməd oğluna məxsus kafe (fəaliyyəti məhdudlaşdırılmışdır)
Şamaxı rayonunda “Farel”, “Məlhəm”, “Çənlibel”, “Sənan”, “Xan”, “Zümrüd”, “Avtovağzal” kafeləri, Hüseynov Rauf Nurəddin oğluna, Hüseynov Rafiq Kamal oğluna, Eyyubov Anar Məhəmməd oğluna məxsus kafelər, İsmayıllı Yılmaz İslam oğluna və Əliyev Röyal Ədalət oğluna məxsus ərzaq mağazaları
Kürdəmir rayonunda Sərdarov Əflatun Sərdar oğluna, Səfərov Adil Nazim oğluna məxsus market, Bəşirov Niyazi Bircəxan oğluna məxsus kafe
Göyçay rayonunda Yəhyazadə İdrak Vaqif oğluna, Cəbrayılov Elçin Fizuli oğluna məxsus marketlər, Salmanov Cümşüd Behbud oğluna, Şirinov Fuad Güloğlan oğluna, Qədimov Elnur Ağaməmməd oğluna, Həmidov Adil Oqtay oğluna, Xəlilov Rəfael Rəsul oğluna məxsus kafelər, Yusubov Tahir Məhəmməd oğluna, Şirinov Elşad Ədalət oğluna, Qasımov Elnur Natiq oğluna, Həşimov Elnur Oqtay oğluna, Kazımov Seyidməmməd Mirəli oğluna, Əliyev İlqar Murtuz oğluna, Mütəllimov Ceyhun İbrahim oğluna məxsus ərzaq mağazaları və Süleymanov Pünhan İlham oğluna məxsus “Şəki şirniyyat” mağazası
Lənkəran rayonu, Şürük kəndində Mahmudov Şahmar Mirnazim oğluna məxsus “Ballı” market
Astara rayonunda Süleymanov Rövşən Rakif oğluna məxsus market
Bərdə rayonunda Şükürov Heydər Sabir oğluna, Mürsəlov Azər Əziz oğluna, İbişov İlqar Kamal oğluna, Zülfüzadə Rüfət Rəhman oğluna, Mehdizadə Cavid Qırımxan oğluna, Qurbanov İlqar Kərim oğluna, Məmmədov Mehman Vahid oğluna məxsus ərzaq mağazaları
Gəncə şəhərində “Oba” (N.Nərimanov 50A), “Orxan”, “Oba” (Gülüstan yaşayış massivi), “Delfin”, “Panda”, “Sevimli dad” marketlər və Quliyeva Nərminə Qasım qızına, Nağıyev Məhəmməd Cəbrayıl oğluna məxsus ərzaq mağazaları
Gədəbəy rayonunda “Qorxmaz”, “Əkbər”, “Meh”, “Aşağı Narzan”, “Nuşican”, “Eldorado” və “Ləzzət” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş