AQTA 23 ölkəyə ölkəmizə idxal edilən toxumların virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyub
1 Sentyabr 2021 12:02
Hazırda dünya ölkələrində bitkilər üçün zərərli olan virus və bakteriya mənşəli xəstəliklərin yayılması müşahidə edilir. Odur ki, bir sıra ölkələr tərəfindən idxal tələbləri sərtləşdirilir, bəzi hallarda məhsul idxalına qadağalar tətbiq edilir. Həmçinin Pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi qurulur, pestisidlər və aqrokimyəvi maddələrin dövriyyəsi və istifadəsinə qoyulan tələblər sərtləşdirilir, nəzarət gücləndirilir. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bitki sağlamlığının təmin edilməsi sahəsində görülən işlərə dair bu gün keçirilən mətbuat konfransında məlumat verib. Bildirib ki, ölkəmizdə də bu istiqamətdə zəruri tədbirlər görülür. Belə ki, Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya çərçivəsində 23 ölkəyə Azərbaycana idxal edilən tərəvəz bitkilərinin toxumlarının virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyulub.
Oxşar xəbərlər
İsmayıllı rayonunda yerləşən alça bağında karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb
“Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.
Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmışdır.
Qonur monilioz çürümə xəstəliyinə qarşı mübarizə tədbirləri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.