AQTA apteklərdə aparılan yoxlama və monitorinqlərin nəticəsini açıqlayıb
7 Aprel 2023 09:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən 2023-cü ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb. 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub. 69 aptekdə isə uyğunsuzluq aşkar edilib. Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub. Həmçinin 06.12.2022-ci il tarixindən etibarən AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 327 aptekdə monitorinq həyata keçirilib. Monitorinqin nəticəsinə əsasən, 13 aptekdə qida təhlükəsizliyi sertifikatı, 9 aptekdə isə üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsulları aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Monitorinq zamanı uyğunsuzluq aşkarlanan 15 aptek barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:
|
Monitorinq zamanı uyğunsuzluq aşkarlanan apteklər barədə məlumat |
||||
|
№ |
Müəssisənin adı |
Müəssisənin ünvanı |
Məhsulun adı və miqdarı |
Aşkarlanan uyğunsuzluq |
|
1 |
"Zeytun" aptek |
Nizami rayonu, Q.Qarayev pr., ev 25/6, m. 43 |
1) Türkiyə istehsalı olan 80 ədəd "Dermosirr" əmtəə nişanlı yağ |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
60 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr |
Qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|||
|
2 |
"Zeytun" aptek |
Yasamal rayonu, Şərifzadə küçəsi, ev 119 |
40 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
3 |
"Zeytun" aptek |
Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 19, m. 18 |
1 ədəd "Dr Vitt" əmtəə nişanlı multivitamin 800 qr |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
4 |
"Klover" aptek |
Nizami rayonu, Q.Qarayev pr., ev 31A |
1) 7 ədəd "D-CelorolFort" əmtəə nişanlı vitamin |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
5 |
"Avis" aptek |
Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 86 |
7 ədəd "Taliya" əmtəə nişanlı vitamin |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
6 |
"Zeytun 505" aptek |
Nəsimi rayonu, R.Rza və M.Füzuli küçələrinin kəsişməsi |
40 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr |
Qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
7 |
"Dərmançı 392" aptek |
Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi |
18 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qr |
Qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
8 |
"Zeytun 301" aptek |
Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsi, ev 18 |
4 ədəd "D3 Emaks" əmtəə nişanlı vitamin |
Qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
9 |
"Kardio" aptek |
Şəki şəhəri, Bağbanlar küçəsi |
1) 2 ədəd "Qara Zirə" əmtəə nişanlı yağ 250 ml |
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb |
|
10 |
"Kardio" aptek |
Şəki şəhəri, Z.Əliyeva küçəsi |
1) 1 ədəd "Sanoles" əmtəə nişanlı məlhəm 30 kapsul |
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb |
|
11 |
"Kardio" aptek |
Şəki şəhəri, N.Nərimanov küçəsi |
1) 1 ədəd "Krilom" əmtəə nişanlı balıq yağı 30 kapsul |
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb |
|
12 |
"Zeytun 595" aptek |
Nizami rayonu, M.Şərifli küç., ev 241A |
4 ədəd "Solgar" əmtəə nişanlı vitaminlər (hər biri müxtəlif növ partiyalara məxsus) |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil |
|
13 |
"Kardio" aptek |
Gəncə şəhəri, Təbriz küçəsi |
6 ədəd "L-Carnitine" əmtəə nişanlı qida əlavəsi 500 mg |
Azərbaycan dilində markalanması mövcud deyil |
|
14 |
"Evro" aptek |
Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsi 8 |
1 ədəd "Biokontur" əmtəə nişanlı malina, 1 ədəd multifrukti balıq yağı 100 kapsul |
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb |
|
15 |
"Gəncə" aptek |
Gəncə şəhəri, Təbriz küçəsi 54 |
1 ədəd "L-Carnitine" əmtəə nişanlı qida əlavəsi 500 mg |
Azərbaycan dilində markalanması mövcud deyil |
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Giriş