AQTA bazarlarda yoxlama-nəzarət tədbirlərini davam etdirir
7 Avqust 2024 12:28
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov ev 121 ünvanında yerləşən, fiziki şəxs Kazımov Mətləb Ağalar oğluna məxsus “Hövsan” bazarında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, həmçinin sanitar-texniki, sanitar-gigiyenik normalara riayət olunmasının yoxlanılması məqsədi ilə nəzarət tədbiri həyata keçirilib.
Monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, bazarda ət məhsullarının açıq havada satışının həyata keçirildiyi, toyuq əti satışı üçün soyuducu vitrinlərin, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və satış üçün soyuducuların təşkil olunmadığı müəyyən edilib. Həmçinin meyvə və tərəvəz məhsullarının birbaşa döşəmə üzərində yığılaraq satıldığı, satış vitrinlərinin texniki işlək vəziyyətə gətirilmədiyi aşkarlanıb. Bundan başqa, müəyyən olunub ki, bazar daxilində abadlaşdırma işləri aparılmayıb, işçilər sanitar geyimlərlə təmin edilməyib, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan təşkil olunmayıb.
Agentliyin Bakı regional bölməsinin əməkdaşları tərəfindən nöqsanların aradan qaldırılması məqsədi ilə icrası məcburi göstərişlər verilib, maarifləndirici işlər həyata keçirilib.
Qeyd edək ki, hazırda Agentlik tərəfindən müvafiq nəzarət tədbirləri davam etdirilməkdədir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş