AQTA bioloji aktiv qida məhsullarının qeydiyyatına başlayır
8 Aprel 2024 10:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, cari il iyulun 1-dən bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün müraciətlərin qəbuluna başlayacaq.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılacaq prosesdə məqsəd ölkə ərazisində istehsalı, emalı həyata keçirilmədən və (və ya) dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir.
Məlumat üçün bildiririk ki, Agentlikdə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. Diqqətə çatdırılıb ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulan məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi, yenidən rəsmiləşdirilməsi qaydaları və qeydiyyatın qüvvədəolma müddəti” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilib. Belə ki, Qərarın qüvvəyə minməsi ilə sözügedən məhsulların Agentlik tərəfindən qeydiyyat prosesinə qısa müddət ərzində başlanılması planlaşdırılır. Bu məqsədlə Agentlik tərəfindən media vasitəsilə sahibkarlıq subyektlərinin məlumatlandırılması həyata keçiriləcək.
Qeyd edək ki, qeydiyyata alınacaq bioloji aktiv qida məhsulları ilə təbii mineral suların qeydiyyat müddəti 5 il nəzərdə tutulur.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş