AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edir
17 Yanvar 2022 17:47
Hazırda ölkəmizdə dövriyyədə olan bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) əksər hissəsi idxal edilən məhsullardır. Qeyd edək ki, BFMQƏ-lərin idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq qərarı, ekspertizası isə “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası” ilə bağlı qərara uyğun olaraq həyata keçirilir. Yerli istehsal və idxal edilən bütün BFMQƏ-lər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ekspertizadan keçirilir və nəticələri qurumun rəsmi internet səhifəsində yerləşdirilir.
Agentlik özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, ölkəyə idxal edilən və istehsal olunan BFMQƏ-lər üzərində nəzarət tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələrə cəlb edilir.
Qeyd edək ki, 2021-ci il ərzində BFMQƏ-lərin ölkəyə idxalı ilə bağlı, ümumilikdə, 2932 müraciət olunub və 47 müraciət üzrə məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Təhlükəsizlik göstəriciləri uyğun olmayan məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə müvafiq qərarlar qəbul edilib. Aşkar olunan digər uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıqlar ünvanlanıb və onlara öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirmələri ilə bağlı zəruri göstərişlər verilib. Uyğunsuzluqlar aşkar edildikdən sonra sözügedən məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilib. BFMQƏ-lərlə bağlı məlumatlarla aşağıdakı cədvəldən tanış ola bilərsiz.
BFMQƏ-lər qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin müvafiq formada hazırlanan gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. İstehlakçılar nəzərə almalıdır ki, BFMQƏ-lər dərman vasitəsi deyil, yalnız orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə nəzərdə tutulmuş qidalandırıcı maddələrdir. BFMQƏ-lər xəstəliklərdən qorumur, xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilə bilməz və normal qidalanmanı əvəz etmir. BFMQƏ-lərin istifadə təlimatında xəstəliklərin müalicəsində istifadəsi və ya bu cür təəssürat yaradan ifadələr qeyd olunmamalıdır.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, BFMQƏ-lərin həkim reseptinə yazılması qadağan olunsa da, hələ də qanunsuz olaraq onların həkim reseptinə yazılması və apteklərdə reseptlə satışının həyata keçirilməsi hallarına rast gəlinir. Ona görə də reseptə yazılan dərmanların arasında BFMQƏ-nin olub-olmaması istehlakçılar tərəfindən dəqiqləşdirilməli və aptekdən xəstəliyin müalicəsi, yaxud profilaktikası ilə bağlı dərman alarkən onun BFMQƏ olmadığında əmin olmaq lazımdır. Həmçinin onların istifadəsi zamanı tövsiyə edilən sutkalıq doza keçilməməli və nəzərə alınmalıdır ki, BFMQƏ-lərin uşaqların istifadəsi üçün yaş həddi 4-14 yaş arası müəyyənləşdirilib. 4 yaşına qədər uşaqlar üçün isə yalnız bitki çayları formasında istifadə oluna bilər.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, BFMQƏ-lərin reklamında onun dərman vasitəsi olması və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaranmamalı, istifadəsinin faydaları, üstünlükləri barədə məlumat verilməməli, dərman vasitəsi olmadığı haqqında məlumatlar yer almalıdır. Qeyd edilənlərlə bağlı qanunvericiliyin tələblərinə əməl olunması və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edilib.
AQTA bəyan edir ki, BFMQƏ-lərin istehsalı, idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmalı, hər hansı qanunsuz hallarla qarşılaşdıqda müvafiq dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verməlidirlər.
|
Məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilmiş BFMQƏ-lər |
|||||||
|
№ |
İstehsalçı şirkət |
Mənşə ölkəsi |
Məhsulun adı |
Seriya nömrəsi |
İstehsal və son istifadə tarixi |
Sertifikatlaşmadan imtinaya səbəb |
Nəticə |
|
1 |
Jala Pharma MMC |
Ruminiya |
Bio Selen ZN №30 kapsul - BAD |
49 |
01.07.2020 - 01.07.2022 |
tərkibində qurğuşun və kadmium aşkar edilib |
məhv edilib |
|
2 |
Azəri Med MMC |
Türkiyə |
Devitor daxilə qəbul üçün məhlul damcı - BAD |
21077 |
01.02.2021 - 01.02.2023 |
orqanoleptik göstəriciləri (xarici görünüşü, rəngi, dadı və iyi) uyğun deyil |
geri qaytarılıb |
|
3 |
Polymax MMC |
Türkiyə |
Ferromax tablet - BAD |
452 |
01.01.2021 - 01.01.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
məhv edilib |
|
4 |
Zeytun Pharmaceuticals MMC |
İran |
Calcium 5oo kapsul - BAD |
019479 |
01.05.2019 - 01.05.2021 |
qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilib |
inzibati tədbirlərin tətbiqi barədə qərar qəbul edilib |
|
5 |
Çıraq-Farm 2017 |
Bosniya və Hersoqovina |
CERBİKOR - BAD |
L38A01L381220 |
01.03.2021 - 01.03.2024 |
məhsulun dərman vasitəsi olduğu müəyyən edilib |
məhv edilib |
|
6 |
Forever Living Products |
ABŞ |
FOREVER FREEDOM (Orange Flavored Aloe Vera Juıse) / Forever Azadlıq şirəsi (Portağal ətirli Aloe Vera şirəsi), Məhlul 1000ML |
260221 |
26.02.2021 - 26.02.2025 |
məhsul nümunələrini sınağa cəlb etmək mümkün olmamışdır |
məhv edilib |
|
7 |
Nebula Medicine MMC |
San Marino |
NEBUFER, Tablet N30 |
1146 |
30.04.2021 - 30.04.2024 |
tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
məhvetmə qərarı qəbul edilib |
|
8 |
Avromed Company MMC |
ABŞ |
L-Eliksir / L-Elixir, daxilə qəbul üçün məhlul-damcı 30 ml |
8308 |
01.08.2020 - 01.08.2023 |
tərkibində qurğuşun aşkar edilib |
məhvetmə qərarı qəbul edilib |
|
9 |
Fətullayev Elşad Mikayıl oğlu |
Türkiyə |
TIOGREN, Kapsul N40 |
2032301 |
01.06.2021 - 01.06.2024 |
tərkibində kadmium aşkar edilib |
geri qaytarılıb |
|
10 |
Jala Pharma MMC |
Ruminiya |
ZINK GODAROV, Kapsul №30 |
1412 |
01.09.2020 - 01.09.2022 |
tərkibində qurğuşun və kadmium aşkar edilib |
məhvetmə qərarı qəbul edilib |
|
11 |
Sky and Star Technologies MMC |
Hindistan |
URICLEAN, Tablet №30 |
EH 15001 |
01.05.2021 - 01.04.2024 |
tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
məhvetmə qərarı qəbul edilib |
|
12 |
Sky and Star Technologies MMC |
Hindistan |
PERFECT MIND, Tablet №30 |
EH 14001 |
01.05.2021 - 01.04.2024 |
tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
məhvetmə qərarı qəbul edilib |
|
13 |
Jala Pharma MMC |
Ruminiya |
ZINK GODAROV, Kapsul №30 |
1412 |
01.09.2020 - 01.09.2022 |
tərkibində qurğuşun aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
məhvetmə qərarı qəbul edilib |
|
14 |
Perfect farm MMC |
Türkiyə |
ENSER FORTE, Kapsul №30 |
0012 |
01.11.2021 - 01.11.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
geri qaytarılıb |
|
15 |
Bio SPS MMC |
Türkiyə |
MOLLERS FORTE, Tablet №30 |
34 |
01.07.2021 - 01.07.2024 |
tərkibində qurğuşun aşkar edilib |
serifikatlaşdırmadan imtina edilib |
|
Qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilmiş BFMQƏ-lər |
|||||||
|
№ |
İstehsalçı şirkət |
Mənşə ölkəsi |
Məhsulun adı |
Seriya nömrəsi |
İstehsal və son istifadə tarixi |
Sertifikatlaşmadan imtinaya səbəb |
Nəticə |
|
1 |
Əlifov Ayaz Əlixan |
Rusiya |
BAD-Funtin daxilə qəbul üçün damcı 30ml |
03 |
07.12.2020 - 07.12.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
2 |
TAHA AZERBAIJAN MMC |
Çin |
LIPOXTOR Kapsul N30 |
05.08.2020 |
05.08.2020 - 04.08.2022 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
3 |
İLKİN ABBASOV ELXAN OĞLU |
Türkiyə |
LEEN (WOMAN) / LEEN (qadınlar üçün), Kapsul №45 |
8386039 |
01.04.2021 - 01.04.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
4 |
Filuet Azərbaycan MMC |
İtaliya |
HERBALIFELINE MAX, Kapsul №30 |
J51502A |
12.04.2021 - 12.04.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
5 |
Lifeactivepharm MMC |
Türkiyə |
AKROSOM PLUS TOZ Saşe N30 |
0001 |
10.07.2020 - 10.07.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
6 |
Filuet Azərbaycan MMC |
İtaliya |
HERBALIFELINE MAX, Kapsul №30 |
J51527A |
07.05.2021 - 07.05.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
7 |
Pharm Line MMC |
Türkiyə |
HEPACAR FORTE №50 Kapsul |
HP 00402 |
01.01.2021 - 01.01.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
8 |
AYAN COMPANY MMC |
Türkiyə |
NOTSER, Məhlul, Saşe №20 |
NT 00401 |
01.04.2021 - 01.04.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
9 |
Jala Pharma MMC |
Ruminiya |
VITAMIN C OKSTER Tablet №30 |
1414 |
01.09.2020 - 01.09.2022 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
10 |
Sibirskoye Zdorovye Bakı MMC |
Rusiya |
İSTOKI ÇISTOTI, Kapsul №180 |
09 |
11.06.2020 - 11.06.2022 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
11 |
Azəri Med MMC |
İsveçrə |
SWISS ENERGY HAIR, NAIL & SKIN Kapsul №30 |
0900023 |
01.01.2021 - 31.12.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
12 |
Ren Farm MMC |
Türkiyə |
RENADIL, Kapsul №30 |
0001 |
05.07.2021 - 05.07.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
13 |
Azəri Med MMC |
San Marino |
Liv-Aktiv Tablet N30 |
U385 |
01.09.2021 - 01.09.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
14 |
Arəri Med MMC |
Portuqaliya |
REVIFORCE ADULTO, Tablet №60 |
21004922 |
01.07.2021 - 01.07.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
15 |
Yurd Pharma MMC |
İtaliya |
MEVOLAFIBRE, Məhlul 300ML |
19212 |
30.12.2019 - 30.12.2022 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
16 |
Yurd Pharma MMC |
İtaliya |
MEVOLAFIBRE, Məhlul 300ML |
2076 |
30.05.2020 - 30.05.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
17 |
Healthy Life MMC |
Türkiyə |
RAVITEL, Tablet № 30 |
521 |
01.11.2021 - 01.11.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
18 |
Avromed Company MMC |
Polşa |
Pari-flo, Kapsul №30 |
1680120 |
26.11.2020 - 26.10.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
19 |
Zaj Corporation MMC |
Türkiyə |
VINORM, Kapsul №30 |
VR00305 |
01.10.2019 - 01.10.2022 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
20 |
Delta Max MMC |
Türkiyə |
ECHINOL HOT, Toz, Saşe №10 |
051 |
24.06.2021 - 24.06.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
21 |
EN LİFE GROUP MMC |
Türkiyə |
LIVERENSAL, Tablet №60 |
LR 00204 |
01.08.2021 - 01.08.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
22 |
EN LİFE GROUP MMC |
Türkiyə |
MODUSAKTIV, Tablet №30 |
MA 00205 |
01.08.2021 - 01.08.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
23 |
AYAN COMPANY MMC |
Türkiyə |
LOREFA, Kapsul №30 |
LF 00430 |
01.06.2021 - 01.06.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
24 |
Litpharma MMC |
Türkiyə |
SALCOVIT BABY, Şərbət 150 ML |
518 |
01.11.2021 - 01.11.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
25 |
İNAM LİFE MMC |
Türkiyə |
İNAMITON PLUS, Kapsul №30 |
21743802 |
01.09.2021 - 01.09.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
26 |
Bion Medical |
Türkiyə |
SITURID, Tablet №30 |
ST 00430 |
01.08.2021 - 01.08.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
27 |
RP AZE MMC |
Yunanıstan |
D3 FIX/D3 FIKS, Daxili qəbul üçün məhlul-damcı 30 ML |
21-003 |
06.07.2021 - 30.06.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
28 |
Zəkiyev Anar Zəkəriyyə |
Türkiyə |
NORMAVIT, Şərbət 200 ML |
NM-21/24-3 |
01.10.2021 - 01.10.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
29 |
Healthy Life MMC |
Türkiyə |
THYMEX, Şərbət 120 ML |
536 |
01.12.2021 - 01.12.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
30 |
Healthy Life MMC |
Türkiyə |
LENORMA, Kapsul № 60 |
511 |
01.10.2021 - 01.10.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
31 |
Ares MMC |
Türkiyə |
UROTONIC 200ML Şərbət |
EX2020-068 |
01.11.2020 - 01.11.2023 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
|
32 |
Flora-Sun MMC |
Türkiyə |
NATCOL, Toz, Saşe №30 |
NT 00430 |
01.06.2021 - 01.06.2024 |
etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil |
serifikatlaşdırmadan imtina edilib |
QEYD: Qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina barədə qərar yalnız siyahıda qeyd olunan seriya nömrəli və istehsal və son istifadə tarixli BFMQƏ-lərə aiddir.
Oxşar xəbərlər
Lənkəranda fəaliyyət göstərən “Hər Gün” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Abbasqulu Nuri oğluna məxsus “Hər Gün” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86.84 kq qida məhsulu və ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.
Şamaxı heyvan bazarında rekonstruksiya işləri davam edir - VİDEO
Ölkə üzrə heyvan bazarlarında aparılan rekonstruksiya işləri davam edir. Belə ki, Şamaxı heyvan bazarında AQTA əməkdaşlarının təqdim etdiyi eskiz layihəsinə uyğun olaraq yenidənqurma işləri aparılır. Bazarda Agentliyin “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında 50 nömrəli Qərarına əsasən zəruri baytarlıq-sanitariya tələblərinə cavab verən bir sıra funksional sahələr yaradılıb. Aparılan rekonstruksiya işləri çərçivəsində heyvanların kliniki baxış sahəsi, dezbaryerlər, yem anbarı, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması üçün bölmələr (izolyatorlar) tikilərək tam təhvil verilib. Bundan əlavə, bazarın geniş ərazisini əhatə edən yollar tam şəkildə asfaltlanıb, heyvanların boşaldılması üçün nəzərdə tutulan zona isə müasir tələblərə uyğun yenilənib. Aparılan işlər həm heyvanların qəbul olunması, həm də satışı zamanı təhlükəsizlik və sanitariya tələblərinin təmin edilməsinə şərait yaradır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan monitorinq zamanı bütün sahələr üzrə qiymətləndirmə aparılıb və bazar rəhbərliyinə müvafiq tövsiyələr verilib. Şamaxı heyvan bazarında görülən işlərə dair videolink:
Sabunçuda “019” ət mağazasında baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb - VİDEO
Sabunçu Rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 4 yol adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Cəfərov Əbülfət Qarakişi oğluna məxsus “019” adlı ət satışı obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb. Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirib. Monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiətedici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunsuz heyvan kəsimi məqsədilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.
Giriş