AQTA bu ilin ilk rübü ilə bağlı statistik məlumatları açıqlayıb
22 Aprel 2021 14:35
Məlumata əsasən, cari ilin ilk 3 ayı ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 1 973 müraciət daxil olub. Bu müraciətlərdən 1 884-ü ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub. Bu dövr ərzində qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 60 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub.
Eyni zamanda qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərində "Yoxlamaların vahid məlumat reyestri"ndən alınmış çıxarış əsasında ümumilikdə qida təhlükəsizliyi tələbləri ilə bağlı 528 yoxlama keçirilib.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qanunvericiliyə uyğun olaraq müvafiq qaydada inzibati tənbehvermə, zərərsizləşdirmə, məhvetmə, utilizasiya və məhdudlaşdırıcı tədbirlərə dair qərarlar qəbul edilib. Qeyd olunan dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı istehlak üçün yararsız ümumilikdə 775 229,206 kq, 83 838 litr və 6 398 ədəd məhsul məhv edilib, 219 459 kq məhsul zərərsizləşdirilib, 34 350 kq məhsul isə utilizasiya olunub.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş