AQTA-da Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
18 May 2022 09:56
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Giorgi Surmanidze ilə görüş keçirilib.
Acarıstanın Kənd Təsərrüfatı Nazirliyinin Laboratoriya Tədqiqat Mərkəzinin rəis müavini Koba Kupatadze, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin də iştirak etdiyi görüşdə AQTA sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri üzrə indiyə qədər həyata keçirilən tədbirlər haqda məlumat verib. Sədr Gürcüstanla ölkəmiz arasında Agentliyin nəzarət dairəsinə aid fəaliyyətdən və qida təhlükəsizliyi sahəsində əməkdaşlıqdan danışıb. Qeyd edilib ki, AQTA və Gürcüstan Milli Qida Agentliyi arasında bu günə kimi baş tutan görüşlərdə bir sıra istiqamətlər, o cümlədən sərhədyanı ərazilərdə birgə monitorinqlərin təşkili, beynəlxalq təcrübələrdən istifadə, elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi və s. kimi məsələlər diqqət mərkəzində olub.
Ölkələr arasında əlaqələrin hər iki tərəfin səyi ilə ilbəil genişləndiyini deyən nazir Giorgi Surmanidze münasibətlərin bütün sahələr, o cümlədən qida təhlükəsizliyi sahəsində inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Daha sonra tərəflər birgə fəaliyyətdə maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş