AQTA-da heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib
9 Avqust 2024 16:37
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş olub.
Tədbir heyvan kəsimi və ət satışı sahəsindəki vəziyyəti nəzərdən keçirmək, sahibkarları mövcud qanunvericilik və tələblər barədə bir daha məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə ölkədə heyvan kəsimi və ət satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının qorunması kimi məsələlər diqqət mərkəzində olub. Heyvan kəsimi və ət satışı sahəsində işin daha səmərəli təşkil olunması məqsədilə müvafiq tövsiyələr verilib. Sahibkarlara bildirilib ki, ət satışı ilə məşğul olan müəssisələrin təlabatını qida təhlükəsizliyi tələblərinə uyğun şəkildə ödəmək üçün kəsim məntəqələri soyuducu maşınlarla təmin olunmalıdır. Heyvan kəsimi standartlara uyğun aparılmalı və baytarlıq-sanitariya ekspertizasından sonra həmin məhsullar satış yerlərinə çatdırılmalıdır. Agentlik tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün dəstəyin göstərildiyi, maarifləndirmə və tövsiyə xarakterli yardımların həyata keçirildiyi vurğulanıb.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş