AQTA-da koronavirus infeksiyasına qarşı sanitariya-epidemioloji və profilaktik tələblərin həyata keçirilməsi ilə bağlı videokonfrans keçirilib
23 İyul 2020 12:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirus (COVID-19) infeksiyasının qarşısını almaq məqsədilə sanitariya-epidemioloji və profilaktik tələblərin həyata keçirilməsi ilə bağlı onlayn konfrans təşkil edib.
Agentliyin regional bölmə rəisləri və struktur bölmə rəhbərlərinin iştirak etdiyi videokonfransda məlumat verilib ki, mövcud sanitariya-epidemioloji vəziyyət və xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sistemində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sanitariya-epidemioloji və profilaktik tələblər təmin edilməlidir. Bunun üçün Agentlikdə sanitariya-epidemioloji və profilaktik tələblərin tətbiqinə, habelə koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərinin təşkilinə nəzarət edilməsi üzrə məsul şəxs təyin olunub.
Eyni zamanda AQTA-nın regional bölmələrində sanitariya-epidemioloji, profilaktik tələblərə, işin təşkilinə nəzarət edilməsi üzrə məsul şəxslərin siyahısı təsdiq edilib. Bundan başqa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sanitariya-epidemioloji, profilaktik tələblərə, işin təşkilinə nəzarətlə bağlı öhdəliklər müəyyənləşdirilib. Həmçinin Agentlikdə koronavirus infeksiyasına qarşı mübarizə sahəsində preventiv tədbirlərin müəyyən edilməsi məqsədilə “Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair daxili sanitariya-epidemioloji Qaydalar”ın təsdiq olunması barədə məlumat verilib. Agentliyin regional bölmələri və tabeli qurumları üzrə təyin olunan məsul şəxslərə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş