AQTA-da “Syngenta” şirkətinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib
2 Mart 2026 15:51
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) dünyanın aparıcı aqrar texnologiya şirkətlərindən biri olan “Syngenta”nın Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Görüş zamanı bitki mühafizə vasitələrinin dövlət qeydiyyatı prosedurları, analitik standartların təqdim olunması mexanizmləri, qeydiyyat sənədlərinə dair aktual tələblər, xarici tədqiqat nəticələrinin tanınması imkanları, istehsal sahələrinin qeydiyyat şəhadətnamələrində əks etdirilməsi və qeydiyyat müddətləri ilə bağlı məsələlər ətraflı müzakirə olunub.
Tərəflər qüvvədə olan qanunvericiliyin tələbləri, o cümlədən pestisidlərin qeydiyyat müddətinə dair mövcud normalar, eləcə də hazırlanmaqda olan “Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsində nəzərdə tutulan təkmilləşdirmələr barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Görüş çərçivəsində şirkət nümayəndələri AQTA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin sınaqlarının aparıldığı laboratoriyası ilə tanış olub, laboratoriyanın texniki imkanları və tətbiq olunan metodologiyalar barədə məlumat əldə ediblər.
Görüş konstruktiv və qarşılıqlı əməkdaşlıq şəraitində keçib, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş